Hakikat Books
Türkçe

Bölüm 37 / 73

Namazda imamət

Bu bölümde cevaplanan sorular (2)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. İmama tabe olanlar neçə növdür? taslak Hata bildir
  2. Müdrik, müqtədi, məsbuq və lahiq kimə deyilir? taslak Hata bildir

İmama uyanlar dörd növdür. Bunlar Müdrik (çatan), Müqtədi (uyan, itaət edən), Məsbuq (geri qalan) və Lahıq (yetişən, çatan deməkdir) adlanır.

1. Müdrik, iftitah təkbirini imamla birlikdə alana deyilir.

2. Müqtədi, iftitah təkbirinə yetişə bilməyənə deyilir.

3. Məsbuq, imam rükətlərdən birini və ya ikisini qıldıqdan sonra imama uymuş olana deyilir.

4. Lahıq, iftitah təkbirini imamla bərabər almış, lakin sonra onda dəstəmazı pozan hal baş verdiyindən dəstəmaz alıb yenidən imama uyana deyilir. Bu şəxs, yenə əvvəlki kimi qiraətsiz, rüku və səcdə təsbihlərini deyərək namazını qılar. O şəxs, əgər dünya kəlamı söyləməyibsə, imamın ardındakı kimidir. Lakin məsciddən çıxdıqdan sonra lap yaxın yerdə dəstəmaz almalıdır. Çox uzağa gedərsə, namazı pozular deyən alimlər vardır.

Bir şəxs, məscidə gəldiyi zaman imam rükuda olsa və rükuya çatmaq məqsədi ilə tələsərək iftitah təkbirini rükuya əyilərkən alsa, imama uymuş olmaz. İmamı rükuda gördükdə, imama uymağa niyyət edib, təkbiri ayaq üstə alıb, sonra rükuya gedər və imamın beli ilə bərabər olub təsbih edərsə, o rükətə çatmış olar. Amma rükuya gedərkən imamın beli düzəlsə, o rükətə yetişmiş olmaz.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta