Hakikat Books
Türkçe

Bölüm 54 / 73

Böyük günahlar haqqında

Bu bölümde cevaplanan sorular (4)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Böyük günahlar (günahi-kəbair) hansılardır? taslak Hata bildir
  2. Mirzə Məzhər Cani-Canan böyük günahlar haqqında nə bildirir? taslak Hata bildir
  3. Təğənni (musiqi) ilə Quran, azan və ilahi oxumağın hökmü nədir? taslak Hata bildir
  4. Çalğı alətləri və mahnı dinləməyin hökmü hansı kitablarda necə bildirilir? taslak Hata bildir

Günahı kəbair, yəni böyük günahlar çoxdur. Onlardan yetmiş ikisi bəyan olunmuşdur:

1-Haqsız yerə adam öldürmək.

2-Zina1 etmək.

3-Livata (kişilər arasında cinsi münasibət) etmək hər dində haramdır.

4-Şərab və hər cür spirtli içki içmək.

5-Oğurluq etmək.

6-Kef üçün narkotik maddə yemək, içmək.

7-Başqasının malını zorla almaq, yəni qəsb etmək.

8-Yalan yerə şahidlik etmək.

9-Ramazan orucunu üzrsüz olaraq, müsəlmanların önündə yemək.

10-Faizlə mal, pul almaq, vermək.

11-Çox and içmək.

12-Valideynə asi olmaq, qarşı çıxmaq.

13-Məhrəm və saleh qohumları ziyarət etməmək.

14-Müharibədə döyüşü tərk edib, düşməndən qaçmaq.

15-Razılığı olmadan yetimin malını yemək. [”Səadəti Əbədiyyə” kitabının 1029-cu səhifəsində deyilir: “Yetimin vasisinin onun malından yeməsi və istifadə etməsi caizdir. Başqasına yedirməsi, fitrəsini verməsi, qurbanını kəsdirməsi caiz deyildir.”]

16-Tərəzisini və ölçüsünü haqq üzrə işlətməmək.

17-Namazını vaxtından əvvəl və sonra qılmaq.

18-Mömin qardaşının qəlbini qırmaq.

19-Rəsulullahın (sallallahu əleyhi və səlləm) söyləmədiyi sözü söyləmək və onu Ona isnad etmək.

20-Rüşvət almaq.

21-Haqq şahidlikdən qaçmaq.

22-Malın zəkatını və uşrunu (torpaqdan alınan məhsulun zəkatı) verməmək.

23-Gücü çatanın, münkəri, yəni günah işləyəni gördükdə çəkindirməməsi.

24-Canlı heyvanı atəşdə yandırmaq.

25-Quran-ı əzimüşşanı öyrəndikdən sonra, oxumağı unutmaq.

26-Allahu əzimüşşanın rəhmətindən ümidini kəsmək.

27-İstər müsəlman olsun, istər kafir olsun, insanlara xəyanət etmək.

28-Donuz əti yemək haramdır.

29-Rəsulullahın Əshabından (rıdvanullahi təala aleyhim əcmain) hər hansı birini sevməmək və söymək.

30-Qarnı doyduqdan sonra yeməyə davam etmək haramdır.

31-Qadınların ərinin döşəyindən qaçması.

32-Qadınların, ərindən icazəsiz ziyarətə getməsi.

33-Bir namuslu qadına fahişə demək.

34-Nəmimə, yəni müsəlmanlar arasında söz gəzdirmək.

35-Övrət yerini başqasına göstərmək. [Kişinin göbəklə diz arası, qadının saçı, qolu, ayağı övrətdir.] Başqasının övrət yerinə baxmaq.

36-Ölmüş heyvan əti (leş) yemək və başqasına yedizdirmək. Dinimizin bildirdiyinə uymayaraq öldürülən heyvanlar da leş hesab olunur.

37-Əmanətə xəyanət etmək.

38-Müsəlmanın qeybətini etmək.

39-Həsəd, paxıllıq etmək.

40-Allahu əzimüşşana şərik qoşmaq.

41-Yalan danışmaq.

42-Təkəbbürlü olmaq, özünü üstün tutmaq.

43-Ölüm xəstəsinin varisdən mal gizlətməsi.

44-Çox xəsis olmaq.

45-Dünyanı, yəni haramları sevmək.

46-Allahu təalanın əzabından qorxmamaq.

47-Haram olanı haram qəbul etməmək.

48-Halal olanı halal etiqad etməmək.

49-Falçıların falına, qeybdən xəbər verməsinə inanmaq.

50-Dinindən dönmək, mürtəd olmaq.

51-Üzrsüz, başqasının qadınına, qızına baxmaq.

52-Qadınların kişi geyimi geyməsi.

53-Kişilərin qadın paltarı geyməsi.

54-Harəmi Kəbədə günah işləmək.

55-Vaxtı gəlmədən azan oxumaq və namaz qılmaq.

56-Dövlət adamlarının əmrlərinə, qanunlara asi olmaq, qarşı çıxmaq.

57-Xanımının məhrəm yerlərini anasının məhrəm yerinə bənzətmək.

58-Xanımının anasını söymək.

59-Bir-birini silah ilə nişan almaq.

60-Köpəyin artığını yemək, içmək.

61-Etdiyi yaxşılığı başa qaxmaq.

62-Kişilərin ipək geyinməsi.

63-Cahillikdə israr etmək. [Əhli sünnət etiqadını, fərzləri, haramları və lazım olan hər bilgini öyrənməmək.]

64-Allahu təaladan və islamiyyətin bildirdiyi adlardan başqa şey söyləyərək and içmək.

65-Elmdən qaçmaq.

66-Cahilliyin müsibət olduğunu anlamamaq.

67-Kiçik günahı təkrar işləməkdə israr etmək.

68-Zərurət olmadan, qəhqəhə ilə çox gülmək.

69-Bir namaz vaxtını qaçıracaq zaman qədər cünub (qüslsüz) gəzmək.

70-Adətli (aybaşı) və zahı halında xanımı ilə yaxınlıq etmək.

71-Təğənni etmək. Əxlaqsız mahnılar oxumaq. Musiqi, çalğı alətlərində çalmaq.

Hindistanın böyük alimlərindən, mirzə Mazhar-ı Can-ı Canan (rahiməhullahu təala), “Kəlimati tayyibat” kitabında fars dilində yazır: “Hər çalğını çalmaq və dinləmək söz birliyi ilə haramdır. Yalnız ney çalmağın məkruh olduğu, toylarda dəf, baraban çalmağın mübah olduğu deyilir. [Qurani-kərimi və azanı təğənni ilə oxuyarkən, məna dəyişərsə və ya hərf təkrarlanarsa, haram olur. “Əl-fiqhu aləl məzahib”də deyilir: “Təğənni ilə azan oxumaq haramdır. Onu dinləmək caiz deyildir.” Mövzun (ölçülü) sözü ölçülü səs ilə oxumağa və dinləməyə “Təğənni” və ya “Sima” deyilir.

Təğənni, gözəl, xoşa gələn səslə oxumaqdır. Qurani-kərimi, azanı, mövludi, ilahiləri təğənni ilə oxumaq iki cürdür:

1-Sünnət olan, savab olan təğənni. Bu, təcvid elminə uyğun oxumaqdır. Belə təğənni qəlblərə, ruhlara qüvvət verir.

2-Qadağan olan, haram olan təğənni. Bu, musiqi pərdələrinə, notlarına uyaraq, məna pozulacaq şəkildə, hərfləri və kəlmələri dəyişdirərək, səsi alçaldıb yüksəldərək, çənəni oynadaraq oxumaqdır. Belə təğənni hərfləri, kəlmələri pozur, mənanı dəyişdirir. Belə oxuyanların nəğmələri nəfsi-əmmarəyə xoş, şirin gəlir. Nəfsinə məğlub olanları ağladır, hoppandırır. Mənalardan xəbərləri olmur. Qəlbləri, ruhları qəflətdən, xəstəlikdən qurtula bilmir.

“Tərqib-üs-salət” kitabının 162-ci səhifəsində, “Bəriqa” cild 2, səhifə 1342-də və “Hadika” 2-ci cild 589-cu səhifədə deyilir: “Əyləncə üçün zınqırov taxılmış heyvana minmək olmaz, məkruhdur. Çünki zınqırov şeytanın çalğısıdır. Zınqırov olan karvana rəhmət mələkləri gəlməz.” Bir mənfəət üçün minmək caizdir.

Dinə və əxlaqa uymayan şeirləri oxumağa, uyğun olanları da çalğılı, içkili, qadın və kişilərin qarışıq olduğu fısq yerlərində oxumağa, başqa yerdə oxunmuş olanı bu cür yerlərdə radiodan, maqnitofondan dinləməyə, qadınların, oğlanların oxumasına söz birliyi ilə haram deyilmişdir.] Uyğun şeirləri uyğun yerlərdə oxumaq caizdir. Qəlbə riqqət gətirdikdə, Allahu təalanın mərhəmətinə də səbəb olur. Bəzi alimlər mübah olan simaya da rəğbət etməmişdirlər. Onlar təbiətlərinə xoş gəlmədiyi, zövq almadıqlarına görə simanı arzu etməsələr də, mübah olan simanı arzu edənləri də rədd və inkar etməmişdirlər.”

Qurani-kərimi, mövlidi, ilahiləri, salavat-ı şərifləri günah məclislərində hörmətlə oxumaq haramdır. Əyləncə, kef üçün oxumaq küfrdür. “Dürr-ül məarif”-in 6-cı səhifəsində deyilir: “Çalğı, qadın və oğlan səsi ğinadır, haramdır. Belə olmayan səslərlə faydalı şeirlər oxumaq simadır2, mübahdır.”

72-İntihar etmək, yəni özünü öldürmək, başqalarını öldürməkdən daha böyük günahdır. Belə şəxslər qəbirdə Cəhənnəm əzabı çəkər. Ölməsə, tövbə edərsə, bütün günahları bağışlanar. Qəbir əzabı çəkməz. [Tərk edilmiş namazların tövbələrinin səhih olması üçün, onları qəza etmək lazımdır. Qəzalara başlayan, ölənə qədər qəzaları qılmağa niyyət etmiş hesab olunur. Bu niyyətinə qarşılıq olaraq, bütün qəza borcları əfv olunur. Bunun kimi, imana gələn bir kafir və bidət inanışında olan bir azğın da, küfrünə və pozuq inanışlarına tövbə etdikdə, küfrə, bidət inanışlara və o zamandakı pozuq əməllərini etməməyə niyyət etmiş olur. Bu niyyətinin əvəzi olaraq, onların hamısı bağışlanır.]

Fahrüddini Razı “Əl-mətalib-ül-aliyyə” kitabının 18-ci babında buyurur: “Ruhu yetkin, nəfsi pak və təsiri qüvvətli bir Vəlinin qəbrinə gedib, bir az durub, o torpaqdakı Vəli düşünülərsə, ruhu o torpağa bağlanar. Meyyitin ruhu da bu torpağa bağlı olduğu üçün, gələn insanın ruhu ilə Vəlinin ruhu görüşmüş olur. Bu iki ruh, qarşılıqlı iki güzgü kimi olur. Hər birində olan mərifət, fəzilət digərinə əks edir. İkisi də çox faydalanır.” Alaüddini Attar “rahmətullahi təala əleyh” həzrətləri buyurdu: “Şeyxlərin (vəlilərin, övliyaların) qəbirlərini ziyarət edənə, onları anladığı və bağlandığı qədər fayda hasil olur. Onların qəbirlərindən çox fayda alınır. Lakin ruhlarına bağlanmaq (əlaqə qurmaq) daha faydalıdır. Çünki uzaq və yaxın olmağın bunda bir təsiri yoxdur.”

Dipnotlar

  1. zina-nikahsız cinsi münasibət. ↑
  2. sima-bir və ya bir neçə insanın çalğısız, alətsiz və musiqi pərdələrinə uyğunlaşdırmadan oxuduqları dini, imanı qüvvətləndirən, əxlaqı gözəlləşdirən şeirləri, qəsidələri, ilahiləri və mövludləri dinləməkdir. ↑

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta