Hakikat Books
Türkçe
Önizleme — bu metin henüz yayın onayı almadı.

Bölüm 8 / 15

Peyğəmbərlərə iman

Bu bölümde cevaplanan sorular (16)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. İmanın dördüncü şərti nədir; Peyğəmbərlərə necə inanılır və hər Peyğəmbərdə hansı sifətlər vardır? taslak Hata bildir
  2. Rəsul və nəbi nə deməkdir; aralarındakı fərq nədir? taslak Hata bildir
  3. Peyğəmbərlik çalışmaqla əldə edilərmi; Peyğəmbərlər niyə göndərilmişdir və qəbirlərində halları necədir? taslak Hata bildir
  4. Vəhhabilik necə ortaya çıxmışdır və Əhli-sünnət alimləri bu firqə haqqında nə bildirmişlər? taslak Hata bildir
  5. Peyğəmbərlərin yuxusu necədir; Peyğəmbərlər insandanmı olur, bir-birlərinə üstünlükləri necədir? taslak Hata bildir
  6. Peyğəmbərlərin sayı neçədir; Ülül-əzm Peyğəmbərlər kimlərdir? taslak Hata bildir
  7. Məşhur olan otuz üç Peyğəmbər kimlərdir? taslak Hata bildir
  8. Məşhur otuz üç Peyğəmbərdən neçəsinin adı Qurani-kərimdə bildirilmişdir; Xızır əleyhissəlamın Peyğəmbər olub-olmaması haqqında nə deyilmişdir? taslak Hata bildir
  9. İbrahim əleyhissəlam niyə Xəlilullah, Musa əleyhissəlam niyə Kəlimullah, İsa əleyhissəlam niyə Kəlimətullah deyə anılmışdır? taslak Hata bildir
  10. Adəm övladlarının ən üstünü və Həbibullah kimdir; qiyamətdə Onun üçün nələr bildirilmişdir? taslak Hata bildir
  11. Merac nədir; Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) o gecə haralara aparılmış və nələr görmüşdür? taslak Hata bildir
  12. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) meracda Allahu təalanı necə gördü; beş vaxt namaz necə fərz oldu və merac xəbərlərinə inanmaq lazımdırmı? taslak Hata bildir
  13. Qiyamət günü bütün Peyğəmbərlər kimin bayrağı altında olacaqdır; Allahu təala Peyğəmbərlərə Muhamməd əleyhissəlam haqqında nə əmr etmişdir? taslak Hata bildir
  14. Xatəmül-ənbiya nə deməkdir; Muhamməd əleyhissəlamdan sonra Peyğəmbər gələrmi? taslak Hata bildir
  15. Qadiyanilik (Əhmədilik) nə vaxt və harada ortaya çıxmışdır; bu firqə haqqında nə bildirilmişdir? taslak Hata bildir
  16. Cəmaətut-təbliğiyyə firqəsi nə vaxt və kim tərəfindən qurulmuşdur; bu firqə haqqında nə bildirilmişdir? taslak Hata bildir

4 - İman edilməsi, inanılması lazım olan altı şeydən dördüncüsü, “Allahu təalanın Peyğəmbərlərinə inanmaqdır”. Peyğəmbərlər insanları Allahu təalanın bəyəndiyi yola qovuşdurmaq, doğru yolu göstərmək üçün göndərilmişlər. Rüsul, rəsullar deməkdir. Lüğətdə göndərilmiş şəxs və xəbərçi deməkdir. İslamiyyətdə “Rəsul” - yaradılışı, xasiyyəti, elmi və ağlı öz dövründə olan bütün insanlardan üstün, qiymətli və möhtərəm bir şəxs deməkdir. Heç bir pis xasiyyəti, bəyənilməyən bir halı yoxdur. Peyğəmbərlərdə “İsmət” sifəti vardır. Yəni, Peyğəmbər olduğu bildirilmədən əvvəl və bildirildikdən sonra kiçik və böyük heç bir günah iş görməz. [İslamiyyəti daxildən yıxmaq istəyən kafirlər Muhamməd əleyhissəlam Peyğəmbər olmamışdan əvvəl heykəllərin qabağında qurban kəsərdi, deyirlər və məzhəbsizlərin kitablarını da sübut olaraq göstərirlər. Bu çirkin iftiralarının yalan olduğu yuxarıdakı sətirlərdən aydın olur]. Peyğəmbər olduğu bildirildikdən sonra, Peyğəmbər olduğu yayılana və anlaşılana qədər korluq, karlıq və buna oxşar eyib və qüsurları da olmaz. Hər Peyğəmbərdə yeddi sifətin olduğuna inanmaq lazımdır: Əmanət, sidq, təbliğ, ədalət, ismət, fətanət və əmnul-əzl. Yəni Peyğəmbərlikdən əzl edilməzlər. Fətanət çox ağıllı və çox anlayışlı deməkdir.

Yeni bir din gətirən Peyğəmbərə “Rəsul” deyilir. Yeni din gətirməyib, insanları əvvəlki dinə dəvət edən Peyğəmbərə “Nəbi” deyilir. Əmrləri təbliğ etməkdə və insanları Allahu təalanın dininə çağırmaqda Rəsul ilə Nəbi arasında bir fərq yoxdur. Peyğəmbərlərə iman etmək, aralarında heç bir fərq görməyərək, hamısının sadiq və doğru sözlü olduğuna inanmaqdır. Onlardan birinə inanmayan heç birinə inanmamış sayılır.

Peyğəmbərlik - çalışmaqla, aclıq, çətinlik çəkməklə və çox ibadət etməklə ələ keçməz. Yalnız və yalnız Allahu təalanın ehsanı və seçməyi ilə mümkündür. İnsanların dünyadakı və axirətdəki işlərinin düzgün və faydalı olması üçün zərərli işlərdən qoruyub, səlamətə, hidayətə və rahatlığa qovuşdurmaq üçün Peyğəmbərlər vasitəsi ilə dinlər göndərilmişdir. Düşmənləri çox olsa da, Onları ələ salıb incitsələr də, Allahu təalanın inanmaq və əməl etmək üçün olan əmrlərini insanlara təbliğ etməkdə, bildirməkdə düşmənlərdən qorxmayaraq gözlərini qırpmadan öz vəzifələrini yerinə yetirmişlər. Allahu təala Peyğəmbərlərin sidq sahibi olduqlarını, doğru söylədiklərini göstərmək üçün Onları möcüzələrlə gücləndirdi. Heç kim bu möcüzələrin qarşısında dura bilmədi. Peyğəmbəri qəbul edib inanan hər kəsə o Peyğəmbərin “Ümməti” deyilir. Qiyamət günündə ümmətlərindən günahı çox olanlara şəfaət etmələri üçün icazə veriləcək və şəfaətləri qəbul olacaqdır. Ümmətlərindən alim, saleh və Vəli olanlarına da şəfaət etmələri üçün Allahu təala icazə verəcək və şəfaətlərini qəbul edəcəkdir. Peyğəmbərlər (əleyhimussaləvatu vəttəslimat) qəbirlərində bizim bilmədiyimiz bir həyatla diridirlər. Mübarək bədənlərini torpaq çürütməz. Bunun üçündür ki, hədisi-şərifdə, “Peyğəmbərlər qəbirlərində namaz qılar və həcc edərlər” buyurulmuşdur.

[Hal-hazırda Ərəbistanda olan “Vəhhabi” adlandırılan insanlar bu hədisi-şəriflərə inanmırlar. Bunlara inanan həqiqi müsəlmanlara kafir deyirlər. Mənaları açıq olmayan, şübhəli olan nassları səhv təvil etdikləri üçün onlar kafir olmursa da, “Bidət sahibi” olurlar. Müsəlmanlara çox zərər verirlər. Vəhhabilik Muhamməd ibn Abdülvəhhab adlı Nəcdli bir axmaq tərəfindən quruldu. İngilis cəsusu Hempher, İbn Teymiyyənin1 azğın fikirlərini ortaya ataraq onu aldatdı. Abduh2 adlı bir misirlinin kitabları ilə türklərə və hər yerə yayıldı. Bunların beşinci məzhəb deyil, zəlalətdə və səhv yolda olduqlarını, “Əhli-sünnət” alimləri qələmə aldıqları yüzlərlə kitablarında qeyd etmişlər. “Səadəti Əbədiyyə” və “Qiyamət və Axirət” kitablarında bunlar geniş yazılmışdır. Allahu təala gənc din adamlarını ingilislərin çıxartdığı vəhhabilik yoluna düşməkdən mühafizə etsin. Hədisi-şəriflər ilə mədh olunan “Əhli-sünnət” alimlərinin yolundan ayırmasın!]

Peyğəmbərlərin (əleyhimussəlam) mübarək gözləri yatarkən qəlb gözləri yatmaz. Peyğəmbərlik vəzifələrini görməkdə, Peyğəmbərlik üstünlüklərinə sahib olmaqda bütün Peyğəmbərlər eynidir. Yuxarıda qeyd etdiyimiz yeddi şey hamısında vardır. Peyğəmbərlər Peyğəmbərlikdən əzl edilməz və vəzifələrindən uzaqlaşdırılmazlar. Vəlilərdən isə övliyalıq alına bilər. Peyğəmbərlər (əleyhimussaləvatu vəttəslimat) insandan olur. Cindən, mələkdən insanlara Peyğəmbər olmaz. Cin və mələk Peyğəmbərlərin dərəcələrinə yüksələ bilməz. Peyğəmbərlərin bir-birlərinə görə şərəfləri və üstünlükləri vardır. Məsələn, ümmətlərinin çox olması, göndərildikləri ölkələrin böyük olması, elm və mərifətlərinin çox yerlərə yayılması, möcüzələrinin daha çox və davamlı olması, onlara verilən ayrı dəyər və ehsanların olması kimi üstünlüklər baxımından axır zaman Peyğəmbəri “Muhamməd” əleyhissəlam bütün Peyğəmbərlərdən daha üstündür. Ülül-əzm olan Peyğəmbərlər digər Peyğəmbərlərdən və Rəsullar rəsul olmayan Nəbilərdən daha üstündürlər. Peyğəmbərlərin (əleyhimussaləvatu vəttəslimat) sayı dəqiq bilinmir. 124000-dən çox olduqları məşhurdur. Bunlardan 313 və ya 315-i Rəsuldur. Bunların içərisindən də altısı daha yüksəkdir. Bunlara “Ülül-əzm” Peyğəmbərlər deyilir. Ülül-əzm Peyğəmbərlər – Adəm, Nuh, İbrahim, Musa, İsa və Muhamməd Mustafadır (əleyhimussalatu vəssəlam).

Peyğəmbərlərin içərisində 33-ü məşhurdur. Bunlar: Adəm, İdris, Şit və ya Şis, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmayıl, İshaq, Yaqub, Yusif, Eyyub, Şuayb, Musa, Harun, Xızır, Yuşa ibn Nun, İlyas, Əlyəsa, Zülkifl, Şəmun, İşmoil, Yunis ibn Məta, Davud, Süleyman, Loğman, Zəkəriyyə, Yəhya, Üzeyir, İsa ibn Məryəm, Zülqərneyn və Muhamməd əleyhi və əleyhimussalatu vəssəlamdır.

Bunlardan ancaq 28-inin adları Qurani-kərimdə bildirilmişdir. Şit, Xızır, Yuşa, Şəmun və İşmoil bildirilməmişdir. Bu iyirmi səkkiz nəfərdən Zülqərneyn, Loğman, Üzeyir və Xızırın Peyğəmbər olub olmadıqları dəqiq məlum deyildir. “Məktubati-Məsumiyyə” 2-ci cild, 36-cı məktubda Xızır əleyhissəlamın Peyğəmbər olduğunu bildirən xəbərlərin qüvvətli olduğu yazılmışdır. 182-ci məktubda Xızır əleyhissəlamın insan şəklində görünməsi və bəzi işləri görməsi Onun həyatda olduğunu göstərməz. Allahu təala Onun və bir çox Peyğəmbərlərin, vəlilərin ruhlarının insan şəklində görülməsinə icazə vermişdir. Onları görmək həyatda olduqlarını göstərməz, deyilir. Zülkifl əleyhissəlamın ikinci adı Harqıldır. Bunun İlyas və ya İdris yaxud Zəkəriyyə əleyhissəlam olduğunu deyənlər də vardır.

İbrahim əleyhissəlam Xəlilullahdır. Çünki, onun qəlbində Allahu təalanın sevgisindən başqa heç bir məxluqun sevgisi yox idi. Musa əleyhissəlam Kəlimullahdır. Çünki, Allahu təala ilə danışdı. İsa əleyhissəlam Kəlimətullahdır, çünki atası yoxdur. Yalnız “OL” kəliməyi-ilahiyyəsi ilə anasından dünyaya gəldi. Bundan başqa Allahu təalanın hikmət dolu kəlamlarını nəsihət edərək insanlara çatdırardı. Adəm oğullarının ən üstünü, ən şərəflisi, ən qiymətlisi və məxluqların yaradılmasına səbəb olan Muhamməd əleyhissəlam Həbibullahdır. Onun Həbibullah olduğunu və böyüklüyünü, üstünlüyünü göstərən əlamətlər həddən artıq çoxdur. Bunun üçün Ona məğlub oldu və uduzdu kimi sözlər demək olmaz. Qiyamətdə hər kəsdən əvvəl qəbirdən qalxacaq, məhşər yerinə hər kəsdən əvvəl gedəcəkdir. Cənnətə hər kəsdən əvvəl girəcəkdir. Möcüzələri sayılmaqla bitməz və saymağa insan gücü çatmasa da, Merac möcüzəsini yazmaqla yazılarımızı bəzəyək: Rəsulullah (sallallahu təala əleyhi və səlləm) yatağında ikən oyadılıb, mübarək bədəni ilə Məkkə şəhərindən Qüdsdəki Məscidi-Əqsaya, oradan göylərə və yeddinci göydən sonra Allahu təalanın dilədiyi yerlərə aparıldı. Meraca bu şəkildə inanmaq lazımdır. [Yolunu azan İsmaili firqəsindən olanlar və islam alimi şəklinə girən din düşmənləri Merac bir hal idi, yalnız ruh ilə oldu. Bədən ilə getmədi deyərək və yazaraq gəncləri aldatmağa çalışırlar. Belə yanlış kitablar alınmamalı, bunlara aldanılmamalıdır. Meracın necə olduğu bir çox qiymətli kitablarda, məsələn, “Şifayi şərif”də3 geniş şəkildə yazılmış, “Səadəti Əbədiyyə” kitabında da geniş nəql edilmişdir]. Məkkəyi mükərrəmədən “Sidrətul-müntəha”ya qədər Cəbrayıl əleyhissəlam ilə birlikdə getdi. “Sidrətul-müntəha” altıncı və yeddinci göylərdə olan elə bir ağacdır ki, bütün bilgilər və bütün yüksəlişlər oradan irəli keçə bilməz. Rəsuli-əkrəm (sallallahu əleyhi və səlləm) Sidrədə Cəbrayıl əleyhissəlamı altı yüz qanadı ilə gerçək şəklində gördü. Cəbrayıl əleyhissəlam Sidrədə qaldı. Məkkədən Qüdsi-şərifə qədər və ya yeddinci göyə qədər “Buraq” üstündə aparıldı. “Buraq” ağ rəngli, qatırdan kiçik və eşşəkdən böyük olan bir Cənnət heyvanıdır. Dünya heyvanlarından deyildir. Erkəkliyi və dişiliyi yoxdur, çox sürətli gedərdi. Gözün görə bildiyi uzaqlığa ayağını atardı. Rəsulullah (sallallahu əleyhi və səlləm), “Məscidi Əqsa”da Peyğəmbərlərə imam olub, işa yaxud sübh namazını qıldırdı. Peyğəmbərlərin ruhları öz insan şəklində orada idilər. “Qüds”dən yeddinci göyə qədər “Merac” adlı bilinməyən bir nərdivanla bir göz qırpımında çıxarıldı. Yolda mələklər sağ və sol tərəflərdə düzülmüş, Rəsulullahı mədh və səna edirdilər. Hər qat səmaya çatdıqda Cəbrayıl əleyhissəlam Rəsulullahın təşrif etdiyini xəbər və müjdə verirdi. Hər birində bir Peyğəmbəri görüb salamlaşırdı. “Sidrə”də heyrətamiz çox şeylər gördü. Cənnətdəki nemətləri, Cəhənnəmdəki əzabları gördü. Cənab Haqqın cəmalını görmək arzusundan və zövqündən Cənnətdəki nemətlərin heç birinə baxmadı. Sidrədən irəliyə yalnız olaraq nurlar arasında irəlilədi. Mələklərin qələmlərinin səslərini eşitdi. Yetmiş min pərdədən keçdi. İki pərdə arası beş yüz illik yol kimi idi. Bundan sonra günəşdən daha parlaq “Rəfrəf” adlı bir döşəyin üstündə Kürsüdən keçdi, Ərşi-ilahiyə çatdı. Ərşdən, zamandan, məkandan, maddə aləmlərindən xaricə çıxdı. Cənab Haqqın kəlamını eşidəcək məqama çatdı.

Zamansız və məkansız olaraq, axirətdə Allahu təalanın görüləcəyi kimi, anlaşılmayan və izahı mümkün olmayan bir halda Allahu təalanı gördü. Hərfsiz və səssiz olaraq Allahu təala ilə danışdı. Allahu təalanı təsbih, həmd və səna etdi. Saysız ikramlara və şərəflərə qovuşdu. Özünə və ümmətinə əlli vaxt namaz fərz oldusa da, Musa əleyhissəlamın işarəsi ilə yavaş-yavaş beş vaxta endirildi. Bundan əvvəl yalnız sübhlə əsr, yaxud işa namazları qılınardı. Bu qədər uzun səfərdən və ikramlara, ehsanlara qovuşduqdan və bu qədər heyrətamiz şeylər görüb eşitdikdən sonra yatağına gəldi. Yatağı hələ soyumamışdı. Bildirdiklərimizin bir hissəsi ayəti-kərimələrlə, bir hissəsi də hədisi-şəriflərlə xəbər verilmişdir. Hamısına inanmaq vacib deyilsə də Əhli-sünnət alimləri bildirdiyi üçün bu xəbərləri qəbul etməyən, Əhli-sünnətdən ayrılmış olar. Ayəti-kəriməyə və ya hədisi-şəriflərə inanmayan isə kafir olar.

Muhamməd əleyhissəlamın “Seyyidul-ənbiya” olduğunu, yəni Peyğəmbərlərin (əleyhimussaləvatu vəttəslimat) ən üstünü olduğunu göstərən saysız əlamətlərdən bir neçəsini qeyd edək:

Qiyamət günü bütün Peyğəmbərlər (əleyhimussaləvatu vəttəslimat) Onun bayrağı altında kölgələnəcəklər. Allahu təala hər Peyğəmbərə [Məxluqlarımın içərisində seçib sevdiyim, həbibim Muhamməd əleyhissəlamın Peyğəmbər olduğu zamana çatsanız, Ona iman edin və yardımçı olun, deyə] əmr etdi. Bütün Peyğəmbərlər də ümmətlərinə belə vəsiyyət və əmr etdilər.

Muhamməd əleyhissəlam, “Xatəmul-ənbiya”dır. Yəni, Ondan sonra əsla Peyğəmbər gəlməyəcəkdir. Mübarək ruhu hər Peyğəmbərdən əvvəl yaradıldı. Peyğəmbərlik məqamı ən əvvəl Ona verildi. Peyğəmbərlik Onun dünyaya təşrif etməsi ilə tamamlandı. İsa əleyhissəlam qiyamətə yaxın həzrəti Mehdi zamanında göydən Şama enəcək və yer üzünə Muhamməd əleyhissəlamın dinini yayacaq, Onun ümmətindən olacaqdır.

[Hicri qəməri 1296 və miladi 1880-ci ildə Hindistanda ingilislərin ortaya çıxartdıqları “Qadıyani” adlandırılan yoldan azmışlar İsa əleyhissəlama da çirkin və yalan iftiralar atırlar. Özlərinə müsəlman desələr də islamiyyəti daxildən yıxmaqla məşğuldurlar. Müsəlman olmadıqlarına fətva verilmişdir. Bunlara “Əhmədi” də deyilir.

Hindistanda ortaya çıxan bidət əhli və zındıqlardan biri də “Camaatüt-təbliğiyyə” firqəsidir. Bu firqəni 1345-ci ildə (m.1926) İlyas adlı bir cahil qurmuşdur. “Müsəlmanlar zəlalətə düşdü. Onları xilas etmək üçün yuxuda əmr aldım” deyirdi. Yolunu azmış şeyxləri, Nəzir Hüseyn, Rəşid Əhməd Kənkuhi və Xəlil Əhməd Səharənpurinin kitablarından öyrəndiklərini iddia edirdi. Müsəlmanları aldatmaq üçün daima namazın və camaatın qiymətini vurğulayardı. Halbuki, bidət əhlinin, yəni “Əhli-sünnət” məzhəbində olmayanların namazları və heç bir ibadətləri qəbul olmaz. Bunların Əhli-sünnət kitablarını oxuyaraq əvvəla bidət etiqadlarından xilas olub, həqiqi müsəlman olmaları lazımdır. Qurani-kərimdə üstü örtülü şəkildə bildirilmiş ayələrdən səhv məna çıxaranlara “Bidət əhli” və ya “Yolunu azmışlar” deyilir. Ayəti-kərimələrə öz xain və səhv düşüncələrinə görə yanlış məna verən islam düşmənlərinə “Zındıq” deyilir. Zındıqlar Qurani-kərimi və islamiyyəti dəyişdirməyə çalışırlar. Bunları ortaya çıxaran, bəsləyən və dünyanın hər tərəfinə yaymaq üçün milyardlar sərf edən ən böyük düşmən ingilislərdir. İngilis kafirinin tələlərinə düşmüş cahil və soysuz “Təbliği camaatçı”lar özlərinə “Əhli-sünnət” deyərək və namaz qılaraq yalan danışır, müsəlmanları aldadırlar. Abdullah ibn Məsud buyurur ki, “Dini olmadığı halda namaz qılan kəslər peyda olacaqdır”. Onlar Cəhənnəmin dibində sonsuz yanacaqlar. Onlardan bəziləri minarənin başındakı leylək yuvası kimi böyük əmmamələri, saqqalları və cübbələri ilə ayəti-kərimələr oxuyub, bunlara səhv məna verərək müsəlmanları aldadırlar. Halbuki hədisi-şərifdə “İnnallahə la yənzuru ila suvərikum və siyabikum və lakin yənzuru ila qulubikum və niyyatikum”, “Allahu təala xarici görünüşünüzə və paltarlarınıza deyil, qəlblərinizə və niyyətlərinizə baxar” buyuruldu.

Beyt:

Qəddi bülənd darəd, dəstar parə-parə,

Çün aşiyani ləklək, bər kəlləyi minarə.

Bu cahillərin, axmaqların şirin sözlərinin yalan olduqlarını isbat edən, “Hakikat Kitabevi”nin kitablarına cavab verə bilmədikləri üçün, “Hakikat Kitabevinin kitabları səhvdir və yanlışdır. Bu kitabları oxumayın” deyirlər. Yollarını azmış İslam düşmənlərinin, zındıqların ən böyük əlaməti Əhli-sünnət alimlərinin yazılarına və bunları nəşr edən həqiqi din kitablarına, yanlışdır, bunları oxumayın demələridir. İslamiyyətə verdikləri zərərləri və Əhli-sünnət alimlərinin cavabları, “Faydalı Bilgilər” kitabımızda geniş yazılmışdır].

Dipnotlar

  1. Əhməd İbn Teymiyyə 728-ci (m. 1328) ildə Şamda vəfat etmişdir. ↑
  2. Muhamməd Abduh, 1323-cü (m. 1905) ildə Misirdə vəfat etmişdir. ↑
  3. Şifa əsərini qələmə alan Qazi İyaz Maliki 544-cü (m. 1150) ildə Mərakeşdə vəfat etmişdir. ↑

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)EnglishPortuguêsРусскийአማርኛFilipinoУкраїнськаČeštinaБългарскиދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta