Hakikat Books
Türkçe
Önizleme — bu metin henüz yayın onayı almadı.

Bölüm 10 / 15

Vəhhabilər və digər məzhəbsizlər

Bu bölümde cevaplanan sorular (17)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. “Əshabın hamısını sevirik” deyib onların yolunda olmayanlara nə deyilir; Vəhhabilik necə ortaya çıxmışdır? taslak Hata bildir
  2. Vəhhabilik nə vaxt və necə ortaya çıxmış və necə yayılmışdır? taslak Hata bildir
  3. Əhli-sünnət etiqadını və elmi-halı öyrənməyən və uşaqlarına öyrətməyənlər üçün necə bir təhlükə vardır? taslak Hata bildir
  4. Qurani-kərimdən əhkam (hökm) çıxarmaq hər kəsin bacara biləcəyi bir işdirmi? taslak Hata bildir
  5. Müctəhid imamlar Qurani-kərimdən və hədisi-şəriflərdən hökm çıxara bilmək üçün hansı üstünlüklərə sahib olmuşlar? taslak Hata bildir
  6. Hər kəs Qurani-kərimi və hədisi-şərifləri doğru anlaya bilərmi; anlaya bilməyənlər nə etməlidir? taslak Hata bildir
  7. Məzhəb imamlarının ictihad edib məzhəblərini qurmaları müsəlmanlar üçün niyə böyük bir nemətdir? taslak Hata bildir
  8. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) vəfatından neçə il sonra ictihad edə biləcək alim qalmamışdır; bu gün ictihad etmək istəyən şəxs haqqında nə bildirilmişdir? taslak Hata bildir
  9. Müctəhid olmayan bir müsəlman səhih bir hədis öyrəndikdə, məzhəbinin hökmünü tərk edə bilərmi? taslak Hata bildir
  10. Hədisi-şərifləri yaxşı anlaya bilən bir müsəlman əvvəlcə hansı hədisləri öyrənməli və necə davranmalıdır? taslak Hata bildir
  11. Müctəhidlərin hədisi-şəriflərdən çıxardıqları hökmlərin faydası nədir; məzhəbə tabe olmaq niyə lazımdır? taslak Hata bildir
  12. Məzhəb imamları hansı mövzularda ictihadlarında ayrılmışlar? taslak Hata bildir
  13. Etiqad bilgilərində (inanılacaq şeylərdə) məzhəb ayrılığı olarmı; ictihad etmək caizdirmi? taslak Hata bildir
  14. Dörd məzhəbin əməldəki hökmlərinin ayrıldığı bir məsələdə hansı doğrudur; dörd məzhəbdən başqasını təqlid etmək caizdirmi? taslak Hata bildir
  15. “Qurani-kərimdə din alimləri deyilmir” sözü doğrudurmu? taslak Hata bildir
  16. Qurani-kərimdə alimləri və elmi tərifləyən, bilmədiklərimizi alimlərdən soruşmağı əmr edən hansı ayəti-kərimələr vardır? taslak Hata bildir
  17. Alimlərin və elm öyrənənlərin fəziləti haqqında hansı hədisi-şəriflər vardır? taslak Hata bildir

Əshabı-kiramın hamısını sevirik deyib, onların yolunda olmayan, öz yanlış, səhv düşüncələrinə, Əshabın yoludur deyənlərə “Vəhhabi” deyilir. Vəhhabilik, məzhəbsiz din adamı Əhməd ibn Teymiyyənin kitablarındakı azğın fikirləri ilə, Hempher adlı ingilis cəsusunun yalanlarının qarışmasından əmələ gəldi. Vəhhabilər Əhli-sünnət alimlərini, təsəvvüf böyüklərini və şiələri bəyənmir, hamısını pisləyirlər. Yalnız özlərini müsəlman sayırlar. Özləri kimi olmayanlara müşrik deyirlər. Onların malı, canı vəhhabilərə halaldır deyirlər, “İbahi” olurlar. Nasslardan, yəni Qurani-kərimdən və hədisi-şəriflərdən yanlış, pozuq mənalar çıxararaq, müsəlmanlığı bu mənalar zənn edirlər. Ədilləyi-şəriyyəni və hədisi-şəriflərin çoxunu inkar edirlər. Dörd məzhəbin alimləri Əhli-sünnətdən ayrılanların zəlalətə düşdüklərini, islamiyyətə çox zərər verdiklərini bir çox kitablarında dəlillərlə isbat etdilər. Daha geniş bilgi almaq üçün türkcə “Qiyamət və Axirət”, “Səadəti Əbədiyyə” kitablarını və ərəbcə “Minhatul-vəhbiyyə”, “ət-Təvəssulu bin-Nəbi və bis-Salihin”, “Səbilun-nəcat” və farsca “Seyful-əbrar” kitablarını oxuyun! Bu kitablar və bidət əhlinə rəddiyyə olaraq yazılmış bir çox qiymətli kitablar İstanbulda “Hakikat Kitabevi” tərəfindən çap edilmişdir. “İbn Abidin”in1 üçüncü cildində asilərdən bəhs edərkən və türkcə “Neməti islam” kitabının nikah bəhsində, vəhhabilərin ibahi olduqları açıqca yazılmışdır.

Sultan ikinci Əbdülhəmid xanın admirallarından Eyyub Səbri Paşa2, “Miratul-harəmeyn”, “Tarixi vəhhabiyyan” kitablarında və Əhməd Cövdət Paşa tarixinin yeddinci cildində, vəhhabilər haqqında türkcə geniş şəkildə yazmışdırlar. Yusif Nəbhaninin Misirdə nəşr edilən ərəbcə “Şəvahidul-haqq” kitabında vəhhabilərə və İbn Teymiyyəyə geniş bir cavab verilmişdir. Bu kitabdan əlli səhifə 1972-ci ildə İstanbulda ərəbcə nəşr etdiyimiz “İslam alimləri və vəhhabilər” kitabında mövcuddur.

Eyyub Səbri Paşa (rahiməhullahu təala) yazır ki: “Vəhhabilik, 1205-ci (m. 1791) ildə Ərəbistan yarımadasında qanlı, işgəncəli bir üsyanla meydana çıxdı”. Vəhhabiliyi və məzhəbsizliyi kitabları ilə dünyaya yaymağa çalışanlardan biri, Misirli Muhamməd Abduhdur. Bir mason olan və Qahirə mason lojasının rəhbəri Cəmalüddin Əfqaniyə3 heyranlığını açıq-aşkar şəkildə yazan Abduh böyük islam alimi, mütərəqqi fikir adamı, qiymətli reformist adlanaraq gəncliyə təqdim olundu. Əhli-sünnəti yıxmaq, islamiyyəti məğlubiyyətə uğratmaq üçün pusquda duran islam düşmənləri də din adamı qılığına girərək, şirin sözlərlə müsəlmanlığı tərifləyərək, gizlicə bu fitnəni daha da qızışdırdılar. Abduhu göylərə çıxardılar. Əhli-sünnətin böyük alimlərinə, məzhəb imamlarına cahil dedilər. Onların adları belə çəkilməz oldu. Ancaq islamiyyət uğrunda qanlarını tökən, Rəsulullah (sallallahu əleyhi və səlləm) eşqinə canlarını verən əcdadımızın, şanlı-şərəfli şəhidlərin təmiz və əsil övladları, bu propaqandalara və milyonlar xərclənən reklamlara aldanmadı. Hətta, bu qondarma din qəhramanlarına məhəl qoymadı və onları tanımadı. Cənabı-Haqq şəhid balalarını alçaqcasına edilən bu hücumlardan qorudu.

Bu gün də Mövdudi4, Seyyid Kutub5, Həmidullah və “Təbliği camaatçı”lar kimi məzhəbsizlərin kitabları tərcümə edilərək gəncliyə təqdim olunur. Çoxlu reklamlarla şişirdilərək mədh edilən bu tərcümələrdə, islam alimlərinin bildirdiklərinə zidd olan azğın fikirlərin olduğunu görürük. Su yatar, ancaq düşmən yatmaz. Allahu təala, həbibi, çox sevdiği Peyğəmbəri Muhamməd (əleyhissəlam) hörmətinə müsəlmanları qəflət yuxusundan oyandırsın! Düşmənlərin yalanlarına, iftiralarına aldanmaqdan mühafizə etsin! Amin. Yalnız dua etməklə özümüzü aldatmayaq! Allahu təalanın adəti ilahiyyəsinə riayət etmədən, səbəblərə yapışmadan, çalışmadan dua etmək, Allahu təaladan möcüzə gözləmək deməkdir. Müsəlmanlıqda, həm çalışmaq, həm də dua etmək lazımdır. Əvvəlcə səbəbdən yapışmaq, sonra da dua etmək lazımdır. Küfrdən xilas olmaq üçün birinci səbəb, islamiyyəti öyrənmək və öyrətməkdir. Hər bir halda Əhli-sünnət etiqadını və fərzləri, haramları öyrənmək, qadın-kişi hər kəsə fərzdir, birinci vəzifədir. Müasir dövrdə bunları öyrənmək çox asandır. Çünki, doğru olan din kitabı yazmaq və nəşr etmək sərbəstdir. Müsəlmanlara bu hürriyyəti verən dövlətə hər müsəlmanın yardım etməsi lazımdır.

Əhli-sünnət etiqadını və elmihalını öyrənməyən və uşaqlarına öyrətməyənlər, müsəlmanlıqdan ayrılmaq, küfr fəlakətinə düşmək təhlükəsindədirlər. Belə kəslərin duaları onsuz da qəbul olmur ki, küfrdən qoruna bilsinlər. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurmuşdur ki, “Elm olan yerdə müsəlmanlıq vardır. Elm olmayan yerdə müsəlmanlıq qalmaz”. Ölməmək üçün yemək, içmək lazım olduğu kimi, kafirlərə aldanmamaq, dindən çıxmamaq üçün də dinini, imanını öyrənmək lazımdır. Əcdadımız, hər zaman toplanar, elmihal kitablarını oxuyar, dinlərini öyrənərdilər. Ancaq bu yolla müsəlman olaraq qaldılar, islamiyyətin ləzzətini daddılar. Bu səadət işığını bizlərə doğru olaraq çatdıra bildilər. Bizim də müsəlman qalmağımız, balalarımızı daxilimizdəki və xaricimizdəki kafirlərə yem etməməyimiz üçün birinci və ən lazımlı çarə, hər şeydən əvvəl Əhli-sünnət alimlərinin hazırladığı elmihal kitablarını oxumaq və öyrənməkdir. Övladının müsəlman olmasını istəyən ata-ana uşağına Quran öyrətməlidir. Fürsət əldə ikən oxuyaq, öyrənək və uşaqlarımıza, sözümüzü dinləyənlərə öyrədək! Məktəbə getdikdən sonra öyrənmələri çətin olur. Hətta mümkün olmur. Fəlakət gəldikdə, ah-nalə etmək fayda verməz. İslam düşmənlərinin, zındıqların şirin gələn kitablarına, qəzetlərinə, jurnal, telekanal, radio və filmlərinə aldanılmamalıdır. İbn Abidin (rahiməhullahu təala), üçüncü cilddə buyurur ki, “heç bir dinə inanmadığı halda, müsəlman görünüb, küfrə səbəb olan şeyləri müsəlmanlıqmış kimi izah edərək, müsəlmanları dindən çıxarmağa çalışan gizli kafirlərə “Zındıq” deyilir”.

Sual: Məzhəbsizlərin yanlış kitablarından tərcümə edilmiş yazıları oxuyan bir nəfər deyir ki, “Qurani-kərim təfsirlərini oxumalıyıq. Dinimizi, Qurani-kərimi anlamağı din alimlərinə həvalə etmək, təhlükəli və qorxunc bir düşüncədir. Qurani-kərimdə “Ey din alimləri” deyilmir. “Ey iman edənlər”, “Ey insanlar” kimi xitablar istifadə edilir. Buna görə də, hər müsəlman Qurani-kərimi özü başa düşməli və izahını başqasından gözləməməlidir”.

Bu şəxs hər kəsin təfsir, hədis oxumağını istəyir. İslam alimlərinin, Əhli-sünnət böyüklərinin kəlam, fiqh və elmihal kitablarını oxumağı tövsiyə etmir.

Dəyanət işləri idarəsinin nəşr etdiyi Misirli Rəşid Rzanın6 1394 (m. 1974) tarixli və 157-ci saylı “İslamda birlik və fiqhi məzhəblər” kitabı da, oxuyucuları tamamilə çaşdırdı. Bu kitabın bir çox yerində, məsələn, altıncı söhbətində deyilir ki:

“Müctəhid imamları Peyğəmbərlər (saləvatullahi təala əleyhim əcməin) qədər yüksəltdilər. Hətta, Peyğəmbərin (sallallahu təala əleyhi və səlləm) hədisinə zidd olan bir müctəhidin sözünü seçib, hədisi tərk etdilər. Bu hədisin nəsx edilmiş olması və ya imamımızın nəzdində başqa bir hədisin olması ehtimal edilir, dedilər.

Bu təqlidçilər, hökmdə xəta etməsi və ya bilməməsi caiz olan şəxslərin sözü ilə əməl edib, xətadan məsum olan Peyğəmbərin hədisini tərk etməklə, müctəhidləri təqliddən də ayrılmış olurlar. Qurandan belə ayrılmış olurlar. Müctəhid imamdan başqa heç kim Quranı başa düşə bilməz, deyirlər. Fiqhçilərin və digər təqlidçilərin buna bənzər sözləri, yəhudilərdən və xristianlardan gəldiyini göstərir. Halbuki, Quranı və hədisi başa düşmək, fiqhçilərin yazdığı kitabları başa düşməkdən daha asandır. Ərəbcə söz və üslubları yaxşı bilənlər, Quranı və hədisi başa düşmək üçün çətinlik çəkməzlər. Allahu təalanın öz dinini açıqca təbliğ etməyə qadir olduğunu kim inkar edə bilər? Rəsulullahın Allahın muradını hər kəsdən yaxşı anladığını və təbliğ etməyə başqalarından daha çox qadir olduğunu kim inkar edə bilər? Həzrəti Peyğəmbərin şərhlərinin ümmətə kifayət etmədiyini demək, Onun təbliğ vəzifəsini tam olaraq yerinə yetirə bilmədiyini deməyə gətirib çıxarar. İnsanların çoxu, Qurani-kərimi və sünnəti başa düşməsəydilər, Cənabı-Haqq, o kitab və sünnətdəki hökmlər ilə bütün insanları mükəlləf tutmazdı. İnsan, inandığı şeyləri, dəlilləri ilə bilməlidir. Cənabı-Haqq təqlidçiliyi pisləmişdir. Ata-babalarını təqlid etmələrinin üzürlü sayılmayacağını açıqlamışdır. Ayələr göstərir ki, təqlid, Allah nəzdində əsla məqbul deyildir. Dinin füru qismini dəlillər vasitəsilə anlamaq, iman qismini anlamaqdan daha asandır. Çətin olanı təklif edərkən, çətin olmayanla necə mükəlləf tutmaz? Bəzi nadir hadisələrin hökmünü çıxarmaq çətin olsa da, bunları bilməmək və riayət etməmək üzr sayılar. Fiqhçilər, öz başlarına bəzi məsələlər icad etdilər. Bunlar üçün hökmlər ixtira etdilər. Bunlara rəy, qiyasi-cəli, qiyasi-xəfi kimi şeyləri dəlil gətirməyə cəhd etdilər. Bunlar, ağıl yolu ilə bilgi əldə etmək mümkün olmayan ibadətlər sahəsinə də aid edildi. Beləcə, dini genişlədərək, bir neçə qatına çıxardılar. Müsəlmanları külfətə saldılar. Mən qiyası inkar etmirəm. İbadət sahəsində qiyas yoxdur, deyirəm. İman və ibadətlər həzrəti Peyğəmbər dövründə tamamlandı. Heç kim bunlara bir şey əlavə edə bilməz. Müctəhid imamlar, insanları təqliddən çəkindirmiş, təqlidin haram olduğunu bəyan etmişlər” deyir.

Məzhəbsiz Rəşid Rzanın “İslamda birlik və fiqhi məzhəblər” kitabından təlxis etdiyimiz yuxarıdakı yazılar, məzhəbsizlərin bütün kitabları kimi, müsəlmanların dörd məzhəb imamını təqlid etmələrini qadağan edir. Hər kəsin təfsir və hədis öyrənməsini əmr edir. Buna nə deyirsiniz?

Cavab: Məzhəbsizlərin yazıları diqqətlə oxunarsa, azğın düşüncələrini və bölücü görüşlərini, çürük məntiq zəncirləri ilə və şirin sözlərlə bəzəyərək müsəlmanları aldatmağa çalışdıqları açıq şəkildə görünər. Cahillər bu yazıları ağıl və məntiq çərçivəsində, elmə əsaslandığını zənn edərək inanır və onların arxasınca gedirlər. Ancaq elm və iti fikir sahibləri əsla bunların tələlərinə düşməzlər.

Müsəlmanları əbədi fəlakətə sürükləyən məzhəbsizlik təhlükəsinə qarşı gəncləri diqqətli olmağa sövq etmək üçün islam alimləri (rahiməhumullahu təala) on dörd əsrdən bəri minlərlə qiymətli kitab yazmışlar. Yuxarıdakı suala cavab olaraq, Yusif Nəbhaninin7 “Huccətullahi aləl-aləmin” kitabının 771-ci səhifəsindən başlayaraq, bir qədər tərcümə etməyi münasib gördük: Qurani-kərimdən əhkam çıxarmaq, hər kəsin bacara biləcəyi bir şey deyildir. Müctəhid imamlar belə, Qurani-kərimdəki əhkamın hamısını çıxara bilməyəcəkləri üçün, Rəsulullah (sallallahu əleyhi və səlləm) Qurani-kərimdəki əhkamı hədisi-şərifləri ilə açıqlamışdır. Qurani-kərimi, ancaq Rəsulullah (sallallahu əleyhi və səlləm) açıqladığı kimi, hədisi-şərifləri də, yalnız Əshabı-kiram və müctəhid imamlar anlaya bilmişlər və açıqlamışlar. Bunu anlaya bilmələri üçün, Allahu təala müctəhid imamlara əqli və nəqli elmləri, idrak gücü, iti zehin, daha çox ağıl və başqa üstünlüklər ehsan etmişdir. Bu üstünlüklərin başında təqva gəlir. Bundan sonra qəlblərindəki ilahi nur gəlir. Müctəhid imamlarımız bu üstünlüklərin yardımı ilə Allahu təalanın və Rəsulullahın kəlamlarından onların məqsədlərini anlamış, anlaşılmayanları “Qiyas” ilə bildirmişlər. Dörd məzhəb imamının hər biri, öz rəyi ilə danışmadığını bildirmiş və tələbələrinə “səhih hədisə rast gəlsəniz, mənim sözümü tərk edin. Rəsulullahın hədisinə əməl edin!” demişdir. Məzhəb imamlarımız, bu sözü, özləri kimi müctəhid olan dərin fikirli alimlərə demişdilər. Bu alimlər dörd məzhəbin dəlillərini bilən, tərcih əhli olanlardır. Müctəhid olan bu alimlər məzhəb imamının ictihadının dəlili ilə, yeni öyrənilən səhih hədisin isnadlarını, ravilərini, hansının sonra varid olduğunu və daha bir çox şərtləri araşdıraraq hansının seçiləcəyini anlayırlar. Yaxud müctəhid imam bir məsələyə dəlil olacaq hədisi-şərifə rast gəlmədiyi üçün qiyas edərək hökm etmişdir. Tələbələri bu məsələyə isnad ola biləcək hədisi-şərifi öyrənərək, başqa cür hökm vermişlər. Ancaq tələbələri belə ictihad edərkən, məzhəb imamının qaydalarından kənara çıxmazlar. Daha sonra gələn müctəhid müftülər də belə fətva vermişlər. Bütün bu yazılanlardan aydın olur ki, dörd məzhəb imamlarını və onların məzhəblərində yetişmiş olan müctəhidləri təqlid edən müsəlmanlar Allahu təalanın və Rəsulunun hökmlərinə tabe olmaqdadırlar. Bu müctəhidlər Qurani-kərimdən və hədisi-şəriflərdən başqalarının anlaya bilməyəcəyi hökmləri anlamış və bunları da bildirmişlər. Müsəlmanlar da, onların kitab və sünnətdən anlayıb bildirdiklərini təqlid etmişlər. Çünki, Nəhl surəsinin 43-cü ayəti-kəriməsində məalən, “Bilmirsinizsə, bilənlərdən soruşun!” buyuruldu.

Bu ayəti-kərimə, hər kəsin Kitabı və Sünnəti doğru anlaya bilməyəcəyini, anlaya bilməyənlərin də olacağını göstərir. Anlaya bilməyənlərin Qurani-kərimdən və hədisi-şəriflərdən anlamağa çalışmalarını deyil, anlayanlardan soruşub öyrənmələrini əmr edir. Qurani-kərimin və hədisi-şəriflərin mənalarını hər kəs doğru başa düşə bilsəydi yetmiş iki azğın firqə meydana çıxmazdı. Bu firqələri çıxaranların hamısı da dərin alim idi. Ancaq heç biri Nassların, yəni, Qurani-kərimin və hədisi-şəriflərin mənalarını doğru anlaya bilmədi. Səhv anlayaraq doğru yoldan ayrıldılar. Milyonlarla müsəlmanın fəlakətə yuvarlanmalarına da səbəb oldular. Nasslardan səhv mənalar çıxarmaqda, bəziləri o qədər həddi aşdılar ki, doğru yoldakı müsəlmanlara kafir, müşrik deyəcək qədər yolu azdılar. Türk dilinə tərcümə edərək, gizli şəkildə yurdumuza gətirilən “Kəşfuş-şübuhat” adlı vəhhabi kitabında, Əhli-sünnət etiqadında olan müsəlmanları öldürmək və mallarını yağmalamaq mubahdır deyilməkdədir.

Allahu təala məzhəb imamlarının ictihad etmələrini, məzhəblərini qurmalarını və bütün müsəlmanların bu məzhəblər çərçivəsində toplanmalarını, yalnız sevgili Peyğəmbərinin (sallallahu təala əleyhi və səlləm) ümmətinə ehsan etmişdir. Cənabı-Haqq, bir yandan etiqad imamlarını yaradaraq, yolunu azanların, zındıqların, mülhidlərin və insan şeytanlarının etiqad və iman bilgilərini pozmalarına mane olduğu kimi, məzhəb imamlarını da yaradaraq, dinini pozulmaqdan qorumuşdur. Xristianlıqda və yəhudilikdə bu nemət olmadığı üçün dinləri pozulmuş, oyuncaq halına gəlmişdir.

Rəsulullahın (sallallahu əleyhi və səlləm) vəfatından dörd yüz il sonra, ictihad edə biləcək dərin alim qalmadığını islam alimləri yekdilliklə bildirmişlər. Hal-hazırda, ictihad etmək lazımdır deyən adamın ruhi xəstə və ya din cahili olduğu aydın olur. Böyük alim Cəlaləddin Süyuti (rahiməhullahu təala)8 ictihad dərəcəsinə yüksəlmiş olduğunu söyləmişdi. Öz dövrünün alimləri ondan bir sual soruşub, buna iki cür cavab verilmiş olduğunu, bunlardan hansının daha sağlam olduğunu bildirməsini istədilər. Cavab verə bilmədi. İşinin çox olduğundan, buna vaxt ayıra bilməyəcəyini bildirdi. Halbuki, ondan istənilən şey, fətvada ictihad etməsi idi. Bu isə, ictihad dərəcələrinin ən aşağısıdır. İmam Süyuti kimi dərin bir alim, fətvada ictihaddan boyun qaçırdığı halda, müsəlmanları mütləq ictihad etməyə sövq edənlərə dəli və ya din cahili deyilməyib, bəs nə deyilər? İmam Qazali (rahiməhullahu təala)9 öz dövründə müctəhid olmadığını, “İhyaul-ulum” kitabında bildirmişdir.

Müctəhid olmayan bir müsəlman bir səhih hədis öyrənsə, məzhəb imamının buna zidd hökmünü yerinə yetirmək ona ağır gəlsə, bu müsəlmanın dörd məzhəb arasında, bu hədisə uyğun ictihad etmiş olan müctəhidi axtarıb tapması və bu işini onun məzhəbinə görə etməsi lazımdır. Böyük alim İmam Nəvəvi (rahiməhullahu təala)10 “Ravdatut-talibin” kitabında bunu geniş şəkildə izah edir. Çünki, ictihad dərəcəsinə yüksəlməmiş olanların Kitabdan və Sünnətdən əhkam çıxarmaları caiz deyildir. Hal-hazırda, bəzi cahillər, özlərinin mütləq ictihad dərəcəsinə yüksəldiklərini, Nasslardan, yəni Kitabdan və Sünnətdən əhkam çıxara biləcəklərini və dörd məzhəbdən birini təqlid etməyə ehtiyacları qalmadığını iddia edirlər. İllərlə təqlid etmiş olduqları məzhəbi tərk edirlər. Səhv düşüncələri ilə məzhəbləri çürütməyə cəhd edirlər. Bizim kimi olan din adamlarının rəyləri ilə əməl etmərik kimi cahilcə, axmaqca şeylər deyirlər. Şeytanın vəsvəsəsi və nəfslərinin təhriki ilə üstünlük iddia edirlər. Belə sözləri ilə üstünlüklərini deyil, axmaqlıqlarını və alçaqlıqlarını ortaya qoyduqlarını anlaya bilmirlər. Bunlar arasında, hər kəs təfsir oxumalı, təfsirdən və Buxaridən əhkam çıxarmalıdır, deyən və yazan cahilləri və yoldan azanları da görməkdəyik. Diqqətli ol, müsəlman qardaşım! Belə axmaqlar ilə dostluq etməkdən, bunları din adamı zənn etməkdən və qondarma kitablarını oxumaqdan çox çəkin! İmamının məzhəbinə möhkəm sarıl! Dörd məzhəbdən istədiyini və bəyəndiyini seçə bilərsən. Ancaq məzhəblərin asan hökmlərini araşdırmaq, yəni məzhəbləri “Təlfiq” etmək caiz deyildir. [“Təlfiq”, məzhəblərin asan hökmlərini toplayaraq edilən bir işin bu məzhəblərdən heç birinə uyğun gəlməməsi deməkdir. Bir işi görərkən dörd məzhəbdən birinə əməl etdikdən sonra, yəni bu iş bu məzhəbə görə səhih olduqdan sonra, həmçinin digər üç məzhəbdə də səhih və məqbul olması üçün lazım olan şeylərə də, mümkün olduğu qədər riayət edilsə, buna “Təqva” deyilir ki, çox savab olar].

Hədisi-şərifləri oxuyub yaxşı anlayan bir müsəlmanın əvvəlcə öz məzhəbinin dəlilləri olan hədisləri öyrənməsi, sonra bu hədislərin mədh etdiyi işləri görüb, qadağan etdiyi işlərdən çəkinməsi, islam dininin böyüklüyünü, dəyərini, Allahu təalanın və Rəsulullahın (sallallahu əleyhi və səlləm) isimlərinin və sifətlərinin kamilliyini, Rəsulullahın (sallallahu əleyhi və səlləm) həyatını, fəzilətlərini, möcüzələrini, dünyanın, axirətin, Cənnətin və Cəhənnəmin hallarını, mələkləri, cinləri, keçmiş ümmətləri, Peyğəmbərləri və kitablarını, Qurani-kərimin və Rəsulullahın üstünlüklərini, Onun Alinin və Əshabının (ridvanullahi təala əleyhim əcməin) hallarını, qiyamət əlamətlərini və bir çox dünya və axirət bilgilərini öyrənməsi lazımdır. Rəsulullahın (sallallahu əleyhi və səlləm) hədisi-şəriflərində dünya və axirətin bütün bilgiləri toplanmışdır.

Bu yazdıqlarımız anlaşıldıqda, müctəhidlərin hədisi-şəriflərdən çıxardıqları dini hökmlərin faydası olmaz, deyən bir insanın nə qədər cahil olduğu ortaya çıxır. Hədisi-şəriflərin bildirdikləri saysız-hesabsız elmlər arasında ibadətləri və müaməlatı bildirən hədisi-şəriflər çox az qalmışdır. Bəzi alimlərə görə təxminən beş yüzə yaxındır. [Təkrarlanmış olanlar da əlavə edilsə, üç mini keçməz]. Bu qədər az hədisi-şərif arasından səhih bir hədisi, dörd məzhəb imamından heç birinin eşitməmiş olması düşünülə bilməz. Səhih hədisləri dörd məzhəb imamından ən az biri dəlil olaraq istifadə etmişdir. Öz məzhəbindəki bir işin, səhih olan bir hədisi-şərifə uyğun olmadığını görən bir müsəlmanın, bu hədisi-şərifə görə ictihad etmiş olan başqa bir məzhəbə əməl edərək bu işi görməsi lazımdır. Öz məzhəbinin imamı da bəlkə bu hədisi-şərifi eşitmiş, ancaq daha səhih olduğunu anladığı və ya daha sonra olub birincisini nəsx edən başqa bir hədisi-şərifə əməl edərək və yaxud müctəhidlərin biləcəyi başqa səbəblərə görə, bu hədisi dəlil olaraq istifadə etməmişdir. Bir hədisin səhih olduğunu anlayan bir müsəlmanın, məzhəbinin bu hədisi-şərifə əks düşən hökmünü tərk edib, bu hədisə əməl etməsi gözəl olsa da, bu adamın bu hədisdən hökm çıxarmış başqa məzhəbi təqlid etməsi lazımdır. Çünki, o məzhəbin imamı, əhkamın dəlillərindən onun bilmədiklərini bilərək, o hədis ilə əməl etməyə bir maneə olmadığını anlamışdır. Bununla yanaşı, bu işi öz məzhəbinə riayət edərək etməsi də caizdir. Çünki, məzhəbinin imamının o cür ictihad etməsi, mütləq sağlam bir dəlilə əsaslanmışdır. Təqlid edənin bu dəlili bilməməsini islamiyyət üzrlü saymaqdadır. Çünki, dörd məzhəb imamlarının heç biri, ictihad edərkən, Kitabdan və Sünnətdən ayrılmamışlar. Bunların məzhəbləri, Kitabın və Sünnətin izahıdır. Kitabın və Sünnətin mənalarını və hökmlərini müsəlmanlara izah etmişlər. Onların anlaya biləcəkləri şəkildə başa salmış, kitablara qeyd etmişlər. Məzhəb imamlarının (rahiməhumullahu təala) bu işləri, islam dininə o qədər böyük bir xidmətdir ki, Allahu təala onlara yardım etməsəydi, bunu etməyə insan gücü çatmazdı. Bu məzhəblər, Rəsulullahın (sallallahu əleyhi və səlləm) haqq Peyğəmbər olduğunu və islam dininin səhih olduğunu bildirən ən güclü dəlillərdən biridir.

Din imamlarımızın ictihadlarında bir-birindən ayrılmaları, yalnız füruiddin, yəni fiqh məsələlərindədir. Üsuliddində, yəni etiqad və iman bilgilərində əsla ayrılıqları yoxdur. Dində zəruri bilinən və dəlilləri təvatür ilə bildirilmiş hədisi-şəriflərdən alınan füru bilgilərində də ayrılıqları yoxdur. Füruiddin bilgilərinin bəzisində ayrılmışlar. Dəlillərinin qüvvətini anlamaqla bağlı ayrılıqları, buna səbəb olmuşdur. Bu kiçik ayrılıqları da, bu ümmətə rəhmətdir. Müsəlmanların, dilədikləri, asanlarına gələn məzhəbə əməl etmələri caizdir. Rəsulullah (sallallahu əleyhi və səlləm) bu ayrılığı müjdə olaraq bildirmiş və bildirdiyi kimi olmuşdur.

Qurani-kərimdə və hədisi-şəriflərdə açıq şəkildə bildirilmiş etiqad bilgilərində, yəni inanılacaq şeylərdə və fiqh bilgilərində ictihad etmək caiz deyildir. Bu, zəlalətə və yoldan azmağa gətirib çıxarar, böyük günah olar. Etiqad bilgilərində doğru olan tək yol vardır. Bu da, “Əhli-sünnət vəl-camaat” məzhəbidir. Hədisi-şərifdə, rəhmət olduğu bildirilən ayrılıq, füruda, yəni əhkamda olan ayrılıqdır.

Dörd məzhəbin əməldəki hökmlərinin ayrıldıqları bir məsələdə, aralarından ancaq birinin hökmü doğrudur. Bu doğru hökmü təqlid edənlərə iki savab, doğru olmayan hökmləri təqlid edənlərə bir savab vardır. Məzhəblərin rəhmət olması, bir məzhəbi qoyub başqa məzhəbin əməldəki hökmünü təqlid etməyin caiz olacağını göstərməkdədir. Ancaq dörd məzhəbdən başqa, Əhli-sünnətdən olan məzhəbləri və hətta Əshabı-kiramı təqlid etmək caiz deyildir. Çünki, onların məzhəbləri kitablara keçməmiş və unudulmuşdur. Bilinən dörd məzhəbdən başqasını təqlid etmək imkanı qalmamışdır. Əshabı-kiramı təqlid etməyin caiz olmadığını islam alimlərinin yekdilliklə bildirdiklərini, İmam Əbu Bəkr Razi (rahiməhullahu təala)11 da xəbər verməkdədir. Məzhəblərin, müctəhidlərin və xüsusilə də dörd məzhəb imamının üstünlüklərini, məzhəblərinin Kitabdan və Sünnətdən xaricə çıxmadıqlarını, icma ilə, qiyas ilə bildirdikləri hökmlərin öz rəyləri olmayıb, Kitabdan və Sünnətdən alınmış olduqlarını yaxşı başa düşmək istəyənlərə, İmam Əbdülvəhhab Şaraninin (rahiməhullahu təala) “Mizanul-kübra” və “Mizanul-xıdriyyə” kitablarını oxumalarını tövsiyə edirik. “Huccətullahi aləl-aləmin” kitabından tərcümə burada tamamlandı. Yuxarıdakı yazıların hamısı, ərəbcə əslindən tərcümə edilmişdir. Bütün nəşrlərimizdə olduğu kimi, burada da, başqa kitablardan götürdüyümüz əlavələr kvadrat mötərizə içinə alınmış, beləcə əlavələrimizin kitabın yazıları ilə qarışdırılmaması təmin edilmişdir. “Huccətullahi aləl-aləmin” kitabından götürülən yuxarıdakı yazıların ərəbcə əsli, 1394-cü ildə (m. 1974), ofset üsulu ilə İstanbulda nəşr edilmişdir.

“Qurani-kərimdə din alimləri nəzərdə tutulmur, elə bir ifadə deyilmir” sözü doğru deyildir. Müxtəlif ayəti-kərimələr, alimləri və elmi tərifləməkdədir. Əbdülqani Nablusi həzrətləri “Hadiqa” kitabında buyurur ki: Ənbiya surəsi, 7-ci ayəti-kəriməsində məalən, “Bilmədiklərinizi zikr sahiblərindən soruşun!” buyuruldu. Zikr, elm deməkdir. Bu ayəti-kərimə, bilməyənlərin, alimləri tapıb, onlardan soruşub öyrənmələrini əmr etməkdədir. Ali İmran surəsinin 7-ci ayəsində məalən, “Mütəşabih ayələrin mənalarını ancaq elm sahibləri anlaya bilər” və 18-ci ayəsində məalən, “Allahu təalanın var və bir olduğunu elm sahibləri anlayar və bildirər” və Qəsas surəsinin 80-ci ayəsində məalən, “Elm sahibləri, onlara, sizə heyfslər olsun! İman edib, əməli saleh iş görənlərə Allahu təalanın verəcəyi savablar, dünya nemətlərindən daha yaxşıdır, dedilər” və Rum surəsinin 56-cı ayəsində məalən, “Elm və iman sahibləri, dünyada ikən inkar etdiyiniz qiyamət günü, bax bu gündür, deyəcəklər” və İsra surəsinin 108-ci ayəsində məalən, “Elm sahibləri, Qurani-kərimi eşitdikdə səcdə edərlər və “sahibimizdə heç bir qüsur yoxdur. O, verdiyi sözdən dönməz”, deyərlər”, Həcc surəsinin 54-cü ayəsində məalən, “Elm sahibləri, Qurani-kərimin Allah kəlamı olduğunu anlayarlar”, Ənkəbut surəsinin 49-cu ayəsində məalən, “Qurani-kərim, elm sahiblərinin qəlblərində yerləşmişdir”, Səbə surəsinin 6-cı ayəsində məalən, “Elm sahibləri, Qurani-kərimin Allah kəlamı olduğunu və Allahu təalanın rizasına qovuşdurduğunu bilirlər”, Mücadələ surəsinin 11-ci ayəsində məalən, “Elm sahiblərinə Cənnətdə yüksək dərəcələr veriləcəkdir”, Fatir surəsinin 28-ci ayəsində məalən, “Allahu təaladan ancaq elm sahibləri qorxar” və Hücurat surəsinin 13-cü ayəsində məalən, “Ən qiymətliniz, Allahu təaladan çox qorxanınızdır” buyurulmuşdur.

“Hadiqa”nın 365-ci səhifəsindəki hədisi-şəriflərdə, “Allahu təala və mələklər və hər canlı, insanlara yaxşılıq öyrədənə dua edərlər” və “Qiyamət günü əvvəlcə Peyğəmbərlər, sonra alimlər, sonra şəhidlər şəfaət edəcəklər” və “Ey insanlar, bilin ki, elm alimdən eşidilərək öyrənilər”, “Elm öyrənin! Elm öyrənmək ibadətdir. Elm öyrədənə və öyrənənə cihad savabı vardır. Elm öyrətmək, sədəqə vermək kimidir. Alimdən elm öyrənmək, təhəccüd namazı qılmaq kimidir” buyuruldu. “Xülasə” adlı fətva kitabının sahibi Tahir Buxari (rahiməhullahu təala)12 deyir ki: “Fiqh kitabı oxumaq, gecələr namaz qılmaqdan daha savabdır”. Çünki, fərzləri, haramları, [alimlərdən və ya yazdıqları kitablardan] öyrənmək fərzdir. Özünün əməl etməsi və başqalarına öyrətməsi üçün fiqh kitabları oxumaq, təsbeh namazı qılmaqdan daha savabdır. Hədisi-şəriflərdə, “Elm öyrənmək, bütün nafilə ibadətlərdən daha savabdır. Çünki, həm özünə, həm də öyrədəcəyi insanlara faydası vardır” və “Başqalarına öyrətmək üçün öyrənən kəsə, Siddiqlərin savabı verilər” buyuruldu. İslami bilgilər, ancaq müəllimdən və kitabdan öyrənilir.

İslam kitablarına və rəhbərə ehtiyac yoxdur deyənlər, yalançıdır, zındıqdırlar. Müsəlmanları aldadır, fəlakətə sürükləyirlər. Din kitablarındakı bilgilər, Qurani-kərimdən və hədisi-şəriflərdən götürülmüşdür. “Hadiqa”-dan13 tərcümə tamamlanmış oldu.

Dipnotlar

  1. Muhamməd Əmin İbn Abidin 1252-ci (m. 1836) ildə Şamda vəfat etmişdir. ↑
  2. Eyyub Səbri Paşa 1308-ci (m. 1890) ildə vəfat etmişdir. ↑
  3. Cəmalüddin Əfqani 1314-cü (m. 1897) ildə vəfat etmişdir. ↑
  4. Mövdudi, Hindistandakı (Camaatul-İslamiyyə)nin qurucusudur. 1399-cu (m. 1979) ildə vəfat etmişdir. ↑
  5. Seyyid Kutub 1386-cı (m. 1966) ildə Misirdə edam edilmişdir. ↑
  6. Rəşid Rza, Muhamməd Abduhun tələbəsidir. 1354-cü (m. 1935) ildə vəfat etmişdir. ↑
  7. Yusif Nəbhani 1350-ci (m. 1932) ildə Beyrutda vəfat etmişdir. ↑
  8. Süyuti Abdurrahman 911-ci (m. 1505) ildə Misirdə vəfat etmişdir. ↑
  9. İmam Muhamməd Qazali 505-ci (m. 1111) ildə Tus şəhərində vəfat etmişdir. ↑
  10. Yəhya Nəvəvi 676-cı (m. 1277) ildə Şamda vəfat etmişdir. ↑
  11. Əbu Bəkr Əhməd Razi 370-ci (m. 980) ildə vəfat etmişdir. ↑
  12. Tahir Buxari 542-ci ildə (m. 1147) vəfat etmişdir. ↑
  13. Hadiqa əsərinin müəllifi Əbdülqani Nablusi 1143-cü (m. 1731) ildə vəfat etmişdir. ↑

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)EnglishPortuguêsРусскийአማርኛFilipinoУкраїнськаČeštinaБългарскиދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta