Hakikat Books
Türkçe
Önizleme — bu metin henüz yayın onayı almadı.

Bölüm 15 / 15

Allahu təala vardır və birdir

Bu bölümde cevaplanan sorular (20)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Varlıq, xüsusiyyət (sifət), maddə və cisim nə deməkdir; varlıqları necə tanıyırıq? taslak Hata bildir
  2. “Aləm mütəğəyyirdir” sözü nə deməkdir; fiziki hadisə ilə kimyəvi hadisə arasındakı fərq nədir? taslak Hata bildir
  3. Maddələrin kimyəvi reaksiyaya girməsi necə olur; atom, element və birləşmə nə deməkdir? taslak Hata bildir
  4. Bütün cisimlər neçə elementdən meydana gəlir; cisimlərin “yox olması” nə deməkdir? taslak Hata bildir
  5. Atomlar nələrdən ibarətdir; bir element birləşmə halına gəldikdə xüsusiyyətləri necə dəyişir? taslak Hata bildir
  6. Atom nüvələrindəki dəyişmələr (radioaktivlik) və maddənin enerjiyə çevrilməsi aləmin hadis olduğunu necə göstərir? taslak Hata bildir
  7. Məxluqların hamısına niyə “aləm” deyilir? taslak Hata bildir
  8. Müsəlmanlara, yəhudilərə, xristianlara və məcusilərə görə cisimlərin maddəsi və sifətləri qədimdirmi, hadisdirmi? taslak Hata bildir
  9. Aristotel və onun yolunda olan filosoflar cisimlərin maddəsi və sifətləri haqqında nə demişlər; bu sözün hökmü nədir? taslak Hata bildir
  10. Aristoteldən əvvəlki filosoflara görə cisimlərin maddələri və sifətləri qədimdirmi, hadisdirmi? taslak Hata bildir
  11. Maddələrin və sifətlərinin hadis olduğu maddələrin dəyişməsindən necə anlaşılır? taslak Hata bildir
  12. Varlıqların bir-birindən hasil olması sonsuz keçmişə qədər gedə bilərmi? taslak Hata bildir
  13. Yaradan qədim və əzəli isə, aləmin də qədim olması lazım gəlməzmi? taslak Hata bildir
  14. Sonradan yaradılmış olan varlıqlar təkrar yox ola bilərmi? taslak Hata bildir
  15. Müsəlman olmaq üçün varlıqların yoxdan var edildiyinə və təkrar yox olacağına inanmaq niyə lazımdır; elm bilgiləri buna maneədirmi? taslak Hata bildir
  16. Aləm hadis olduqda, onu yoxdan yaradan birinin olması niyə lazımdır; yaradan birdən çox ola bilərmi? taslak Hata bildir
  17. Yaradanda dəyişiklik olmaması nə deməkdir; Allahu təala hər şeyi niyə səbəblərlə yaradır? taslak Hata bildir
  18. Ac olduqda yemək, xəstə olduqda dərman içmək kimi səbəblərə yapışmaq nə ifadə edir; insan bir şey yarada bilərmi? taslak Hata bildir
  19. İnsanların özlərini yaradan Yaradana qarşı vəzifəsi nədir; Allahu təalanın adını dəyişdirməyə haqları varmı? taslak Hata bildir
  20. Xristianların yaradanın üç olduğuna inanması doğrudurmu? taslak Hata bildir

Ətrafımızdakı varlıqları hiss orqanlarımız ilə tanıyırıq. Hiss orqanlarımıza təsir edən şeylərə “Varlıq” [mövcud] deyilir. Varlıqların beş hiss orqanımıza etdikləri təsirlərə “Xüsusiyyət” və ya “Sifət” deyilir. Varlıqlar bir-birindən xüsusiyyətləri ilə ayırd edilir. İşıq, səs, su, hava, şüşə hər biri bir varlıq, yəni “Mövcud”dur. Çəkisi, yəni ağırlığı və həcmi olan, yəni boşluqda yer tutan varlıqlara “Cövhər” və ya “Maddə” deyilir. Maddələr bir-birindən sifətləri, xassələri ilə ayırd edilir. Hava, su, daş, şüşə ayrı-ayrı maddələrdir. İşıq, səs isə maddə deyildir. Çünki işıq və səs yer tutmaz və ağırlıqları yoxdur. Hər varlıq “Enerji”, yəni “Qüdrət” daşıyır. Yəni, iş görə bilər. Hər maddə bərk, maye və qaz olmaqla üç halda ola bilər. Bərk maddələrin şəkli vardır. Maye və qaz halındakı maddələrin özlərinə məxsus müəyyən şəkilləri yoxdur. Bunlar olduqları qabın şəklini alırlar. Maddənin şəkil almış halına “Cisim” deyilir. Maddələr həmişə cisim halında olur. Məsələn, açar, iynə, maşa, kürək, mismar başqa-başqa cisimlərdir. Yəni şəkilləri başqa-başqadır. Lakin hamısı dəmir maddəsindən düzəldilmişdir. Cisimlər iki yerə ayrılır: Bəsit cisim, Mürəkkəb cisim.

“Aləm mütəğəyyirdir”, yəni hər cisimdə daim dəyişiklik olur. Məsələn, hərəkət edərək yerini dəyişir. Böyüyür, kiçilir. Rəngi dəyişir. Canlıdırsa, xəstələnir, ölür. Bu dəyişmələrə “Hadisə” deyilir. Kənardan bir təsir olmadan maddədə heç bir dəyişiklik meydana gəlməz. Bir hadisə meydana gəldiyi zaman maddənin quruluşu pozulmaz və özü dəyişməzsə, buna “Fiziki hadisə” deyilir. Kağızın cırılması bir fiziki hadisədir. Bir maddədə fiziki hadisə meydana gəlməsi üçün bu maddəyə bir qüvvənin təsir etməsi lazımdır. Maddənin quruluşunu pozan, özünü dəyişdirən hadisələrə “Kimyəvi hadisə” deyilir. Kağızın yanıb kül olması kimyəvi hadisədir. Bir cisimdə kimyəvi hadisə meydana gəlməsi üçün buna başqa bir maddənin təsir etməsi lazımdır. İki və ya daha çox maddənin bir-birinə təsir edərək, hər birində kimyəvi hadisə meydana gəlməsi işinə “Kimyəvi qarşılıqlı təsir” və ya “Kimyəvi reaksiya” deyilir.

Maddələrin kimyəvi reaksiyaya girmələri, yəni bir-birinə təsir etmələri ən kiçik hissəcikləri ilə olur. Maddələrin bu ən kiçik hissəciklərinə “Cövhərül-fərd” və ya “Atom” deyilir. Hər cisim atomlardan təşkil olunmuşdur. Yəni, atom yığınıdır. Atomların quruluşu bir-birinə bənzəsə də, böyüklükləri və ağırlıqları fərqlidir. Buna görə bu gün yüz beş cür atom bilirik. Ən böyük atom belə ən güclü mikroskopla görülə bilməyəcək qədər çox kiçikdir. Bir-birinə bənzəyən atomların bir araya gəlməsindən “Bəsit cisim” və ya “Element” hasil olur. Yüz beş cür atom olduğu üçün yüz beş cür bəsit cisim vardır. Dəmir, kükürd, civə, oksigen qazı, kömür hər biri bir elementdir. Başqa-başqa atomların bir araya gəlməsindən “Birləşmə” və ya “Mürəkkəb cisim” hasil olur. Yüz minlərlə mürəkkəb cisim vardır. Su, spirt, duz, əhəng mürəkkəb cisimlərdir. Mürəkkəb cisimlər iki və ya daha çox bəsit cismin bir-biri ilə birləşməsindən hasil olur. Bəsit cisimlərin birləşmələri atomlarının bir-biri ilə birləşmələrindən hasil olur.

Bütün cisimlər, məsələn, dağlar, dənizlər, hər cür bitki və heyvanlar hamısı yüz beş elementdən meydana gəlir. Canlı, cansız hər cismin tikinti daşı həmişə bu yüz beş elementdir. Bütün cisimlər bu yüz beş elementdən birinin və ya bir neçəsinin atomlarının bir araya gəlməsindən hasil olur. Hava, torpaq, su, istilik, işıq, elektrik və mikroblar mürəkkəb cisimlərin parçalanmalarına və ya cisimlərin birləşmələrinə səbəb olurlar. “Səbəbsiz heç bir dəyişiklik olmaz.” Bu dəyişmələrdə elementlər, yəni bu varlıqların tikinti daşları cisimdən cismə yer dəyişdirir və ya bir cisimdən ayrılaraq sərbəst hala keçirlər. Cisimlərin yox olduqlarını görürük. Gördüyümüzə görə hökm edərək aldanırıq. Çünki yox olur və var olur dediyimiz bu görünüş maddələrin dəyişmələrindən başqa bir şey deyildir. Bir cismin, məsələn, qəbirdəki ölünün yox olması yeni cisimlərin, məsələn, suyun, qazların və torpaq maddələrinin var olmaları şəklində olur. Bir dəyişmədə var olan yeni maddələr hiss orqanlarımıza təsir etməsələr, bunların meydana gəldiklərini anlaya bilmirik. Buna görə dəyişikliyə uğrayan birinci maddəyə yox oldu deyirik.

Yüz beş elementdən hər birinin şəkillərinin dəyişdiyini, hər elementdə fiziki və kimyəvi hadisə olduğunu da görürük. Bir element bir birləşmənin tərkibinə daxil olduqda ion halına keçir. Yəni, atomları elektron verir və ya alır. Beləcə bu elementin müxtəlif fiziki və kimyəvi xüsusiyyətləri dəyişir. Hər elementin atomları bir nüvə ilə, “Elektron” deyilən müxtəlif miqdarda daha kiçik hissəciklərdən təşkil olunmuşdur. Nüvə atomun ortasındadır. Hidrogendən başqa bütün atomların nüvələri “Proton” və “Neytron” deyilən dənəciklərdən təşkil olunmuşdur. Protonlar müsbət elektrik yüklüdür. Neytronlar elektrik yükü daşımır. Elektronlar mənfi elektrik dənəcikləridir və nüvənin ətrafında fırlanırlar. Elektronlar hər an orbitlərində fırlandıqları kimi, orbitlərini də dəyişdirirlər.

Atomların nüvələrində də dəyişmələr, parçalanmalar olduğu “Radioaktiv” deyilən elementlərdən aydın olur. Nüvələrin bu parçalanmasında bir elementin başqa elementə çevrildiyi, maddələrin yox olaraq enerji (qüdrət) halına keçdiyi də aydın olmuş, bu dəyişmə Eynşteyn1 tərəfindən hətta hesablanmışdır. Deməli, mürəkkəb cisimlərdə olduğu kimi, elementlər də həmişə dəyişir, bir haldan başqa hala keçir. “Canlı, cansız hər maddə dəyişir, yəni köhnəsi yox olub, yenisi var olur.” Bu gün var olan hər canlı (hər bitki, hər heyvan) əvvəl yox idi. Başqa canlılar var idi. Bir müddət sonra da indiki canlılardan heç biri qalmayacaq, başqa canlılar var olacaqdır. Cansız varlıqların hamısı da belədir. Canlı, cansız hər varlıq, məsələn, bir element olan dəmir və ya bir neçə cismin qarışığı olan daş, sümük, bütün maddələr, bütün zərrələr həmişə dəyişir. Yəni köhnələri yox olur və başqaları var olur. Var olan maddə ilə yox olan maddənin xüsusiyyətləri bir-birinə bənzəyirsə, insan bu dəyişikliyi anlamır, maddəni həmişə var sanır. Kinoda hərəkət edən kinolentdə obyektivin önünə hər an başqa şəkillər gəlib getdiyi halda, tamaşaçıların bunu anlamayıb, eyni şəkil ekranda hərəkət edir sanmaları kimidir. Kağız yanıb kül olduqda bu dəyişikliyi anladığımız üçün kağız yox oldu, kül var oldu deyirik. Buz əridikdə, buz yox oldu, su var oldu deyirik. Müasir maddə bilgisi “Səadəti Əbədiyyə” kitabında, 546, 971 və 1041-ci səhifələrdə də geniş yazılmışdır. Lütfən oralardan da oxuyun!

“Şərhi-əqaid” kitabının əvvəlində deyilir ki, “Bütün varlıqlar Allahu təalanın varlığına əlamət olduğu, Onun varlığını göstərdiyi üçün məxluqların hamısına “Aləm” deyilir. Varlıqların bir cinsdən olanlarına da ayrı-ayrı aləm deyilir. Məsələn, insanlar aləmi, mələklər aləmi, heyvanlar aləmi, cansız maddələr aləmi deyilir. Yaxud hər bir cisim bir aləmdir.”

“Şərhi-məvaqif”2 kitabının dörd yüz qırx birinci səhifəsində deyilir ki, “Aləm, yəni hər şey hadisdir, yəni məxluqdur. Yəni yox ikən sonradan var olmuşdur. [Hər zaman bir-birindən də var olduqlarını yuxarıda bildirdik.] Cisimlərin maddəsi də, sifətləri də hadisdir. Burada dörd şey düşünülə bilər:

1 – Müsəlmanlara, yəhudilərə, nəsaraya və məcusilərə görə cisimlərin maddələri də, sifətləri də hadisdir.

2 – Aristotelə və onun yolunda olan fəlsəfəçilərə görə cisimlərin maddələri də, sifətləri də qədimdir. Yəni əzəlidir, həmişə vardır deyirlər. Bu sözün yanlış olduğunu müasir kimya elmi qəti olaraq bildirir. Belə inanan və deyən müsəlmanlıqdan çıxar. Kafir olar. İbn Sina3 ilə Farabi4 də qədim deyirlər.

3 – Aristoteldən əvvəl olan filosoflara görə maddələri qədim olub, sifətləri hadisdir deyirlər. Bu gün fənn adamlarının çoxu da belə yanlış düşünür.

4 – Maddənin hadis, sifətlərin qədim olduğunu deyən olmamışdır. Calinus bu dördündən heç birinə qərar verə bilməmişdir.”

Müsəlmanlar maddələrin və sifətlərinin hadis olduğunu bir neçə yolla isbat edirlər. Birinci yol: maddələr və bütün zərrələri həmişə dəyişir. Dəyişməkdə olan şey qədim ola bilməz. Hadis olması lazımdır. Çünki hər maddənin özündən əvvəlkindən meydana gəlməsi işi sonsuz əvvəllərə qədər gedə bilməz. Bu dəyişmələrin bir başlanğıcının olması, yəni ilk maddələrin yoxdan var edilmiş olmaları lazımdır. Yoxdan var edilmiş olan ilk maddələr olmasaydı, yəni sonrakı maddənin özündən əvvəlki maddədən hasil olması işi sonsuz əvvəllərə getsəydi, maddələrin bir-birindən meydana gəlmələrinin bir başlanğıcı olmazdı və bu gün heç bir maddənin var olmaması lazım gələrdi. Maddələrin var olmaları və bir-birindən hasil olmaları yoxdan var edilmiş ilk maddələrdən törəmiş olduqlarını göstərir.

Bundan əlavə deyirik ki, göydən düşən bir daşa sonsuzdan gəldi deyilə bilməz. Çünki sonsuz, başlanğıcı, ucu yox deməkdir. Sonsuzdan gəlmək yoxdan gəlmək olar. Sonsuzdan gəldiyi düşünülən şeyin gəlməməsi lazım olar. Gələn bir şeyə sonsuzdan gəldi demək ağla, fənnə uymayan və cahilcə bir söz olar. Bunun kimi, insanların bir-birindən hasil olmaları sonsuz əvvəllərdən gələ bilməz. Yoxdan yaradılmış olan bir ilk insandan başlayaraq törəmələri lazımdır. Yoxdan var edilmiş olan ilk insan olmayıb, insanların bir-birindən hasil olmaları sonsuz əvvəllərdən gəlir deyilsə, heç bir insanın var olmaması lazım olar. Hər varlıq üçün də belədir. Maddələrin, cisimlərin bir-birindən hasil olmaları üçün “Belə gəlmiş, belə gedər. Yoxdan var edilmiş ilk maddələr yoxdur” demək ağla və fənnə uymayan, cahilcə sözdür. Dəyişmək sonsuz olmağı deyil, yoxdan yaradılmış olmağı, yəni “Vacibül-vücud” olmağı deyil, “Mümkinül-vücud” olmağı göstərir.

Sual: Bu aləmi yaradanın özü və sifətləri qədimdir, əzəlidir. Bu aləmin də qədim olması lazım gəlməzmi?

Cavab: Qədim olan yaradıcının maddələri, zərrələri müxtəlif səbəblərlə dəyişdirdiyini, yəni yox edib, bunların yerinə başqalarını yaratmaqda olduğunu hər zaman görürük. Qədim olan yaradıcı iradə etdiyi, dilədiyi zaman, yəni hər zaman maddələri bir-birindən yaradır. Aləmləri, hər maddəni, hər zərrəni səbəblərlə yaratdığı kimi, iradə etdiyi zaman səbəbsiz, vasitəsiz olaraq yoxdan da yaradar.

Aləmlərin hadis olduğuna inanan, fani olduqlarına, yəni təkrar yox olacaqlarına da inanar. Yox ikən sonradan yaradılmış olan varlıqların yenə yox ola biləcəkləri göz qabağındadır. Bir çox varlıqların yox olduqlarını indi də görürük.

Müsəlman olmaq üçün maddələrin və cisimlərin, yəni hər varlığın yoxdan var edilmiş olduğuna və təkrar yox olacağına inanmaq lazımdır. Cisimlərin yox ikən sonradan var olduqlarını və təkrar yox olduqlarını, yəni şəkillərinin və xüsusiyyətlərinin qalmadığını görürük. Cisimlər yox olduqda maddələri qalsa da, bu maddələrin də əzəli olmadıqlarını, çox əvvəllərdə Allahu təala tərəfindən yaradılmış olduqlarını və Qiyamət günündə hamısını təkrar yox edəcəyini yuxarıda bildirdik. Zəmanəmizin fənn bilgiləri buna inanmağa mane deyildir. İnanmamaq fənnə iftira etmək və islam düşməni olmaq deməkdir. İslamiyyət fənn bilgilərini rədd etmir. Din bilgilərini öyrənməməyi və ibadət vəzifələrini yerinə yetirməməyi rədd edir. Fənn bilgiləri də islamiyyəti inkar etmir. Hətta onu təyid və təsdiq edir.

Aləm hadis olduğuna görə, bunu yoxdan bir yaradan vardır. Çünki heç bir hadisənin öz-özünə ola bilməyəcəyini yuxarıda bildirdik. Bu gün fabriklərdə minlərlə dərman, ev əşyası, sənaye və ticarət malları, elektron alətlər, hərb vasitələri düzəldilir. Bunların çoxu incə hesablamalardan, yüzlərlə təcrübədən sonra əldə edilir. Bunlardan birinə belə öz-özünə var oldu deyirlərmi? Bunların bilərək və istəyərək düzəldildiklərini söyləyir və hamısının bir düzəldəninin olması lazımdır deyirlər, amma canlılarda, cansızlarda görülən və hər əsrdə daha yeniləri, daha incələri kəşf edilən və çoxunun quruluşu hələ anlaşılmayan milyonlarla maddənin və hadisənin öz-özünə təsadüfən var olduqlarını söyləyirlər. Bu ikiüzlülük qatı bir inaddan və ya açıq bir axmaqlıqdan başqa nə ola bilər? Görünür ki, hər maddəni, hər hərəkəti var edən tək bir yaradıcı vardır. Bu yaradıcı “Vacibül-vücud”dur. Yəni, yox ikən sonradan var olmuş deyildir. Həmişə var olması lazımdır. Var olması üçün heç bir şeyə möhtac deyildir. Həmişə var olması lazım olmasaydı, “Mümkinül-vücud” olardı. Aləmlər kimi hadis, yəni məxluq olardı. Məxluq başqa bir məxluqun dəyişməsindən və ya yoxdan var edilir. Onu da yaradan lazım olar. Beləcə sonsuz yaradanlar lazım olar. Məxluqlardakı dəyişmələrin sonsuz ola bilməyəcəyini yuxarıda bildirdiyimiz kimi düşünsək, yaradıcıların da sonsuz ola bilməyəcəyi, yaratmağın birinci bir yaradıcıdan başlayacağı aydın olar. Çünki yaradıcıların bir-birini yaratmaları sonsuz olaraq gedir deyilsə, heç bir yaradıcının olmaması lazım olar. Beləliklə, yaradılmış olmayan birinci, ilk yaradıcı məxluqların tək yaradıcısıdır. Ondan əvvəl və sonra başqa bir yaradıcı yoxdur. Yaradıcı yaradılmaz. O həmişə vardır. Bir an yox olsa, hər şey yox olar. Vacibül-vücud heç bir cəhətdən heç bir şeyə möhtac deyildir. Yerləri, göyləri, atomları, canlıları nizamlı, hesablı yaradanın qüdrətinin, qüvvətinin sonsuz olması, alim olması, dilədiyini dərhal etməsi, bir olması, Onda heç bir dəyişiklik olmaması lazımdır. Qüvvəti sonsuz olmasa və alim olmasa, belə nizamlı, hesablı məxluqları yarada bilməz. Bu yaradıcı birdən çox olsa, bir şeyin yaradılmasında istəkləri uyğun gəlmədikdə, istədiyi edilməyənlər yaradıcı ola bilməzlər və yaradılan şeylər qarmaqarışıq olar. Daha çox bilgi almaq üçün Əli Uşinin5 yazdığı “Əmali qəsidəsi”nin ərəbcə və türkcə şərhlərini lütfən oxuyun!

Yaradıcıda heç bir dəyişiklik olmaz. İndi necədirsə, aləmi yaratmazdan əvvəl də elə idi. Hər şeyi yoxdan yaratmış olduğu kimi, hər zaman da, indi də hər şeyi yaradır. Çünki dəyişmək məxluq olmağı, yoxdan yaradılmış olmağı göstərir. Onun həmişə var olduğunu, yox olmayacağını yuxarıda bildirdik. Buna görə Onda heç bir dəyişiklik olmaz. Məxluqlar ilk yaradılışlarında Ona möhtac olduqları kimi, hər an da möhtacdırlar. Hər şeyi yaradan, hər dəyişikliyi edən yalnız Odur. Nizamlı olmaları üçün və insanların yaşaya bilmələri və mədəni ola bilmələri üçün hər şeyi səbəblərlə yaradır. Səbəbləri O yaratdığı kimi, səbəblərin təsir etmələrini, iş görə bilmələrini də O yaradır. İnsanlar səbəblərin maddələrə təsir etmələrinə vasitə olurlar.

Ac olduqda bir şey yemək, xəstə olduqda dərman qəbul etmək, şam yandırmaq üçün kibrit çəkmək, hidrogen əldə etmək üçün sinkin üzərinə bir turşu tökmək, sement düzəltmək üçün əhəngdaşı ilə gili qarışdırıb qızdırmaq, süd əldə etmək üçün inəyi bəsləmək, elektrik əldə etmək üçün su elektrik stansiyası qurmaq, hər cür fabrik tikmək səbəbləri işlədərək, yeni şeylər yaratmasına vasitə olmaqdır. İnsanın iradəsi və qüvvəti də Allahu təalanın yaratdığı səbəblərdir. İnsanlar da Allahu təalanın yaratmasına vasitə olurlar. Allahu təala belə yaratmaq istəyir. Görünür ki, insan bir şey yaratdı demək ağla və dinə uymayan, cahilcə bir sözdür.

İnsanların özlərini yaradan, yaşadan, möhtac olduqları şeyləri yaradıb göndərən bu bir yaradıcını sevmələri, Ona qul, kölə olmaları lazımdır. Yəni, məxluqların Ona ibadət etmələri, sitayiş etmələri, itaət etmələri, hörmət bəsləmələri lazımdır. Belə olduğu Başlanğıc hissədəki (səh. 10) üçüncü cild, on yeddinci məktubda geniş yazılmışdır. Vacibül-vücud, bir olan bu ilah, bu tanrı adının “Allah” olduğunu Özü bildirmişdir. Qulların Onun bildirdiyi adını dəyişdirməyə haqları yoxdur. Haqsız edilən iş zülm olar, çox çirkin bir şey olar.

Xristianlar, keşişlər yaradıcının üç olduğuna inanırlar. Yuxarıdakı yazılarımız yaradıcının bir olduğunu, xristianlığın, keşişlərin sözlərinin yanlış və pozuq olduğunu isbat edir.

Oyan, gözün aç, ağıl, yalvar gözəl Allaha!

Yolundan heç ayrılma, yalvar gözəl Allaha!

Hər gün beş namazı qıl, Ramazanda oruc tut!

Malın çoxsa zəkat ver, yalvar gözəl Allaha!

Bir gün bu gözün görməz, həm qulağın eşitməz,

Bu fürsət ələ keçməz, yalvar gözəl Allaha!

Sağlığı qənimət bil, hər saatı nemət bil,

Əmrinə itaət qıl, yalvar gözəl Allaha!

Ömrünü boş keçirmə, nəfsinə qüvvət vermə,

Oyan! Qəflət eyləmə, yalvar gözəl Allaha!

Günahın çox olsa da, ondan ümidin kəsmə,

Əfvi, kərəmi boldur, yalvar gözəl Allaha!

Səhər vaxtı rəhməti yağar hər məmləkətə,

O vaxt paklanar qəlbin, yalvar gözəl Allaha!

Allahın adın yad et, ruhun və qəlbin şad et,

Bülbül kimi fəryad et, yalvar gözəl Allaha!

Dipnotlar

  1. Eynşteyn yəhudi fizikdir, 1375-ci (m. 1955) ildə ölmüşdür. ↑
  2. “Şərhi-məvaqif”in müəllifi Seyyid Şərif Əli Cürcani 816-cı (m. 1413) ildə Şirazda vəfat etmişdir. ↑
  3. İbn Sina Hüseyn 428-ci (m. 1037) ildə vəfat etmişdir. ↑
  4. Muhamməd Farabi 339-cu (m. 950) ildə Şamda vəfat etmişdir. ↑
  5. Əli Uşi 575-ci (m. 1180) ildə vəfat etmişdir. ↑

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)EnglishPortuguêsРусскийአማርኛFilipinoУкраїнськаČeštinaБългарскиދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta