Hakikat Books
Türkçe

Bölüm 100 / 136

Cümə namazı necə qılınır?

Cümə günü, zöhr azanı oxunduqdan sonra on altı rəkət Cümə namazı qılınır. Bunların sırası belədir:

1. Əvvəl Cümə namazının dörd rəkətlik “ilk sünnəti” qılınır. Bu sünnət zöhr namazının ilk sünnəti kimi qılınır. Bunun üçün “Niyyət etdim, Allah rızası üçün Cümə namazının ilk sünnətini qılmağa, döndüm qibləyə” deyə niyyət edilir.

2. Sonra məscid içində ikinci azan və xütbə oxunur.

3. Xütbə oxunduqdan sonra iqamət oxunub, camaat ilə Cümə namazının iki rəkətlik “fərz” qılınır.

4. Cümə namazının fərzi qılındıqdan sonra dörd rəkətlik “son sünnət” qılınır. Bunun qılınması zöhr namazının ilk sünnəti kimidir.

5. Bundan sonra “üzərimə fərz olan qıla bilmədiyim son zöhr namazının fərzini qılmağa” deyə niyyət edərək, “axır zuhur” namazı qılınır. Dörd rəkətlik bu namazın qılınması zöhr namazının fərzinin qılınması kimidir.

6. Sonra da, iki rəkət “vaxtın sünnəti” qılınır. Qılınması sübh namazının sünnətinin qılınması kimidir.

7. Bundan sonra Ayətəl-kürsü və təsbehlər oxunub, dua edilir.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta