Hakikat Books
Türkçe

Bölüm 101 / 136

Cümə gününün sünnət və ədəbləri

1. Cüməni cümə axşamından qarşılamaq.

2. Cümə günü qüsl almaq.

3. Başı taraş etmək. Saqqalın bir tutamdan artığını və dırnaqları kəsmək. Təmiz paltar geyinmək.

4. Cümə namazına mümkün olduğu qədər erkən getmək.

5. Ön sıraya keçmək üçün camaatın çiyinlərindən aşmamalıdır.

6. Məsciddə namaz qılanın önündən keçməmək.

7. Xatib əfəndi minbərə çıxdıqdan sonra heç bir şey söyləməmək, danışana işarət ilə belə cavab verməmək və azanı təkrarlamamaq.

8. Cümə namazından sonra Fatihə, Kafirun, İxlas, Fəlaq və Nas surələrini yeddi dəfə oxumaq

9. Əsrə qədər məsciddə qalıb ibadət etmək.

10. Əhli-sünnət alimlərinin kitablarından anladan alimlərin dərsində, vəzində olmaq.

11. Cümə gününü həmişə ibadət ilə keçirmək.

12. Cümə günü salavatı-şərifə gətirmək.

13. Qurani-Kərim oxumaq. “Kəhf” surəsini oxumalıdır.

14. Sədəqə vermək.

15. Ana-atanı və ya qəbirlərini ziyarət etmək.

16. Evin yeməklərini bol və şirin etmək.

17. Çox namaz qılmaq. Qəzaya qalmış namazı olanlar qəza namazı qılmalıdır.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta