Şəvval ayının birinci günü fıtr, yəni Ramazan bayramının, Zilhiccənin onuncu günü isə, Qurban bayramının birinci günləridir. Bu iki gündə günəş doğduqdan və kərahət vaxtı (haram vaxt) çıxdıqdan sonra iki rəkət bayram namazı qılmaq kişilərə vacibdir. Bayram namazlarının şərtləri Cümə namazının şərtləri kimidir. Lakin burada xütbə sünnətdir və namazdan sonra oxunur. Ramazan bayramında namazdan əvvəl şirin [xurma və ya şəkər] yemək, qüsl etmək, misvakdan istifadə etmək, ən yaxşı paltarları geyinmək, fitrəni namazdan əvvəl vermək, yolda yavaşca təkbir oxumaq müstəhəbdir. Qurban bayramı namazından əvvəl bir şey yeməmək, namazdan sonra ilk olaraq qurban əti yemək, namaza gedərkən yüksək səslə, üzrü olan yavaşca təkbir gətirmək müstəhəbdir. Bayram namazları iki rəkətdir. Camaat ilə qılınır, tək qılınmaz.
Bölüm 102 / 136
Bayram namazları
Bu bölümde cevaplanan sorular (4)
Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.
- Ramazan və Qurban bayramı namazları nə vaxt qılınır və hansı hökmdədir? taslak Hata bildir WhatsAppTelegram
- Bayram namazının şərtləri Cümə kimidirmi; xütbə hansı hökmdədir? taslak Hata bildir WhatsAppTelegram
- Ramazan bayramında namazdan əvvəl nə etmək müstəhəbdir? taslak Hata bildir WhatsAppTelegram
- Qurban bayramında namazdan əvvəl və sonra nə etmək müstəhəbdir? taslak Hata bildir WhatsAppTelegram