Hakikat Books
Türkçe

Bölüm 50 / 136

Qüsl (boy dəstəmazı)

Bu bölümde cevaplanan sorular (3)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Qüslün doğru olması niyə lazımdır və cünub kimə deyilir? taslak Hata bildir
  2. Qüsl almağa niyyət edənin savabı haqqında hansı hədis vardır? taslak Hata bildir
  3. Cünub olduqda tez qüsl almaq niyə lazımdır (Kiramən-katibin)? taslak Hata bildir

QÜSL (Boy dəstəmazı)

Namazın doğru olması üçün dəstəmazın və qüslün doğru olması lazımdır. Cünüb (qüslsüz) olan hər qadının və kişinin, hayzdan (aybaşı) və nifasdan (doğumdan sonra gələn qan) qurtulan qadınların, namaz vaxtının sonunda o namazı qılacaq qədər zaman qalınca, qüsl alması fərzdir. Cünüb olmaq, cima (cinsi münasibət) və ihtilam (yuxuda cünüb olmaq) ilə olar. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur ki: “Qüsl almağa qalxan bir kimsəyə üzərindəki tük sayı qədər [yəni lap çox] savab verilir. O qədər də günahı əfv olar. Cənnətdəki dərəcəsi yüksəlir. Qüslü üçün ona veriləcək savab dünyada olan hər şeydən daha xeyirli olar. Allahu təala mələklərə - Bu quluma baxın! Gecə ərinmədən qalxıb, mənim əmrimi düşünərək cünublükdən qüsl edir. Şahid olun ki, bu qulumun günahlarını əfv etdim və bağışladım, – buyurur.”

Digər bir hədisi-şərifdə, “Kirlənincə, tez qüsl alın! Çünki kiramən katibin mələkləri cünüb gəzəndən inciyərlər” buyuruldu. İmam Qəzali (rahmətullahi əleyh) buyurdu ki: “Bir kimsə yuxuda mənə dedi ki, “Bir miqdar zaman cünüb qaldım. İndi üzərimə atəşdən köynək geyindirdilər. Hələ də atəş içindəyəm”. Bir hədisi-şərifdə də, “Rəsm, it və cünüb kimsə olan evə rəhmət mələkləri girməz” buyuruldu.

Namaz qılan və qılmayan hər kəs bir namaz vaxtını cünüb keçirərsə, çox acı əzab görəcəkdir. Su ilə yuyunmaq mümkün olmazsa təyəmmüm etməlidir. Cünüb olan kimsələr aşağıdakıları edə bilməz:

1- Heç bir namazı qıla bilməz.

2- Qurani-Kərimə və ayətlərinə əl vura bilməz.

3- Kəbəni təvaf edə bilməz.

4- Məscid və camilərə girə bilməz.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta