Hakikat Books
English

Chapter 18 / 73

Sular haqqında

Questions answered in this chapter (7)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Sular neçə növdür? draft Report an error
  2. Mai-mütləq və mai-müqəyyəd hansı sulardır? draft Report an error
  3. Mai-müqəyyəd ilə dəstəmaz və qüsl alınarmı? draft Report an error
  4. Mai-məşkuk hansı sudur? draft Report an error
  5. Mai-məşkuk ilə dəstəmaz və qüsl necə alınır? draft Report an error
  6. Mai-müstəməl nədir və onun haqqında nə ixtilaf vardır? draft Report an error
  7. Dəstəmazın vacib olmasının şərtləri hansılardır? draft Report an error

Sular dörd növdür: mai-mütləq, mai-muqayyəd, mai-məşkük, mai-müstaməl.

1-Mai-mütləq - yağış, dəniz, axar bulaq və quyu suyudur. Bu sular murdar olan şeyi pak edər. Necə istəsən istifadə etmək olar.

2-Mai-muqayyəd, yemiş, qarpız, tənək, çiçək suyu və bu kimi sular. Bu sular murdar şeyi pak edər, lakin qüsl və dəstəmaz üçün istifadə olunmaz.

3-Mai-məşkük, uzunqulağın və anası uzunqulaq olan qatırın içdiyi suyun artığına deyilir. Bu su ilə həm dəstəmaz, həm də qüsl almaq caizdir. Hansını əvvəl edərsə, edə bilər, bunda muxtardır.

4-Mai-müstaməlin yerə düşən su və ya bədəndən ayrılan su olması barədə fikir ayrılığı mövcuddur. Doğru olan, bədəndən ayrılan su olmasıdır. Bu barədə də üç qavl (söz, hökm) vardır. İmam Azama görə (rahiməhullahu təala) qaba nəcasətdir. İmam Əbu Yusifə görə (rahiməhullahu təala) yüngül nəcasətdir. İmam Muhammədə görə (rahiməhullahu təala) pakdır. Doğru olan da budur.

Dəstəmazın vacibliyinin doqquz şərti var:

1. Müsəlman olmaq.

2. Həddi-buluğa çatmaq.

3. Ağıllı olmaq.

4. Dəstəmazsız olmaq.

5. Dəstəmaz suyunun pak olması.

6. Dəstəmaz almağa gücü yetmək.

7. Hayzlı olmamaq.

8. Nifaslı olmamaq.

9. Dəstəmazın, hər namaz vaxtı içində alınması. [Bu şərt üzrlü olanlara aiddir.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail