Hakikat Books
Türkçe

Bölüm 52 / 73

Həccin rüknü üçdür

Bu bölümde cevaplanan sorular (4)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Ərəfatda vüqufun vaxtı nədir? taslak Hata bildir
  2. Təvaf neçə növdür və hansılardır? taslak Hata bildir
  3. Həcc üçün ehrama niyyət və ehram parçası necədir; ehramlıya nələr qadağandır? taslak Hata bildir
  4. Həccin fərz olmasının şərtləri hansılardır? taslak Hata bildir

1-Ehrama girərkən həccə niyyət etmək.

2-Ərafatda vəqfəyə durmaq, yəni zöhr və əsr namazından sonra bir qədər durmaq.

3-Ziyarət təvafı etmək.

Ərafatda vəqfəyə durmağın başlanğıc vaxtı Zilhiccənin doqquzuncu günü zəval vaxtından (günəşin tam təpədən ayrıldığı vaxtdan) ertəsi gün səhər açılanadəkdir. [Bir gün əvvəl və ya bir gün sonra Ərafatda vəqfəyə durduqda həcc batil olur. Vəhhabilər hilalı görmədikləri halda bir gün əvvəl bayram edirlər. Vaxtında vəqfəyə durmayanların həccləri səhih olmur.]

Təvaf yeddi növdür:

1-Ziyarət təvafı. Hacıların Ərafatdan endikdən sonra etdikləri təvafdır.

2-Ömrə təvafı. Ömrəyə niyyət edənin yeddi dəfə etdiyi təvafdır. (bu ikisi fərzdir).

3-Sünnət olan təvaf-ı kudüm. Bu, Məkkə-i mükərrəməyə çatdıqda edilən ilk təvafdır. Buna qovuşma təvafı da deyilir.

4-Vida təvafı. Həcc əsnasında daş atma bitdikdən sonra Minadan Məkkəyə endikdə edilən təvafdır. Həcc vəzifələri bununla sona çatır.

5-Vacib olan nəzr təvafıdır.

6-Təvafı nafilə. Məkkəi mükərrəmədə olanların fürsət tapdıqca etdikləri təvafdır.

7-Müstəhəb olan tətavvü təvafı. Tətavvü, fərz və vacib olmayıb, sırf Allah rızası üçün edilən nafilə ibadətdir.

Həcc üçün ehrama niyyət etmək fərzdir. Ehram parçası geyinmək sünnətdir. Tikişi olan paltar geyinməmək vacibdir.

Həccin fərz olmasının səkkiz şərti var:

1-Müsəlman olmaq.

2-Həddi-buluğa çatmaq.

3-Ağıllı olmaq.

4-Sağlam olmaq.

5-Kölə olmamaq, yəni azad olmaq.

6-Mövcud malın əsas ehtiyaclardan çox olması.

7-Həcc vaxtının gəlməsi. Həcc vaxtı ərəfə və dörd bayram günüdür. Yol müddəti də hesaba qatılır.

8-Səfər məsafəsi qədər uzaqda olan qadının yanında ərinin və ya nikahı əbədi caiz olmayan məhrəminin olması.

[Bu səkkiz şərtə malik olan şəxsin ömründə bir dəfə həccə getməsi fərzdir. Daha çox gedərsə, sonrakılar nafilə həcc olur. “Nafilə ibadət”, fərz və ya sünnət olmayıb, öz arzusu ilə edilən ibadətdir. Nafilə ibadətin savabı fərz ibadətin savabı yanında dərya yanındakı bir damla su qədər azdır. İslam alimləri, Məkkəyə uzaq olan ölkələrdə yaşayanların təkrar həccə getməsinə izn verməmişdirlər. Abdüllah Dəhləvi (quddisə sirruh) altmış üçüncü məktubda buyurur ki: “Həcc yolunda çox zaman ibadətlər tam yerinə yetirilə bilmir. Buna görə, imam Rabbani (rahmətullahi əleyh) 123 və 124-cü məktublarında ömrəyə və nafilə həccə getməkdən razı olmadığını bildirmişdir.” Bir fərzin yerinə yetirilməsinə, qadınların örtünməsinə mane olan nafilə həcc haramdır. Bu cür nafilə həccə və ya ömrəyə getmək savab deyil, günah olar.

Zəkatı, nisaba malik olduqdan bir hicri ili sonra vermək fərzdir. Zəkat verməyin fərz olduğu bu zaman hər kəs üçün fərqlidir. Bu zaman həcc zamanından əvvəldirsə, malın, pulun hamısı üçün zəkat verilib, geri qalan pul ilə həccə gedilir. Zəkat vermək zamanı həcc zamanı ilə üst-üstə düşərsə, əvvəlcə həccə gedilir. Həccdən sonra əldə qalan pulun zəkatı verilir.]

Nə bəxtiyar o kişi kim, oxuduğu Quran ola!

Azan, iqamə duyunca, könlü dolu iman ola!

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta