Hakikat Books
Türkçe
Önizleme — bu metin henüz yayın onayı almadı.

Bölüm 4 / 15

İslamın şərtləri

Bu bölümde cevaplanan sorular (14)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Cəbrayıl əleyhissəlam insan şəklində gəlib Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) mübarək dizlərinə dizlərini yaxınlaşdıraraq oturmaqla nə öyrətmişdir? taslak Hata bildir
  2. İslam kəliməsinin lüğət mənası nədir və islamiyyətdə nəyin adıdır? taslak Hata bildir
  3. Kəlimeyi-şəhadət nədir və mənası nədir; Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) kimdir, harada və nə vaxt dünyaya gəlmişdir? taslak Hata bildir
  4. İslamın ikinci şərti nədir; namaz (salat) nə deməkdir və namaza necə başlanır? taslak Hata bildir
  5. Zəkat nə deməkdir; neçə cür zəkat malı vardır, zəkat neçə sinif insana verilir və nə vaxt verilir? taslak Hata bildir
  6. Oruc (savm) nə deməkdir; Ramazan ayı necə başlayır? taslak Hata bildir
  7. Həcc kimlərə fərzdir və ömürdə neçə dəfə fərzdir? taslak Hata bildir
  8. İslamın beş şərtinin üstünlük sırası necədir və bunlar nə vaxt fərz olmuşdur? taslak Hata bildir
  9. İslamın beş şərtindən birini inkar edən və ya halala haram, harama halal deyən şəxsin hökmü nədir? taslak Hata bildir
  10. Məsələn, hansı şeylər haramdır; qadınların və kişilərin örtünməsi ilə bağlı hökmlər hansılardır? taslak Hata bildir
  11. Müsəlman görəcəyi işin islamiyyətə uyğun olub-olmadığını niyə bilməlidir və niyə hər gün tövbə etməlidir? taslak Hata bildir
  12. Övrət yeri nədir; onu açmağın və başqasının övrət yerinə baxmağın hökmü nədir? taslak Hata bildir
  13. “Mən müsəlmanam” deyən şəxsin öyrənməsi lazım olan şeylər hansılardır; hansı halda kafir olmaz, amma günah işləmiş olar? taslak Hata bildir
  14. Yalan, qeybət, iftira, oğurluq və vergi ödəməmək kimi işlərin hökmü nədir; bunları kafirlərə qarşı etmək caizdirmi? taslak Hata bildir

Bütün aləmləri hər an varlıqda saxlayan və hər an hazır və nazir olan, bütün yaxşılıqları və nemətləri verən Allahu təalanın yardımı ilə indi Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) mübarək sözünü izah etməyə başlayırıq.

Müsəlmanların qəhrəman İmamı, Əshabı-kiramın yüksəklərindən olan, daim doğru danışan, məşhur sevgili böyüyümüz Ömər ibn Xəttab (radıyallahu anh) buyurur ki: “O gün elə bir gün idi ki, Əshabı-kiramdan bir neçə nəfər Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzurunda və xidmətində idik”. Həmin gün, həmin saat elə şərəfli, elə qiymətli və bir daha heç vaxt ələ keçməz bir gün idi. O gün Rəsulullahın söhbətində, yanında olmaqla şərəflənmək ruhlara qida olan, canlara zövq və səfa verən mübarək camalını görmək nəsib olmuşdu. Bu günün şərəfini, qiymətini izah edə bilmək üçün, “Elə bir gün idi ki...” buyurmuşdu. Cəbrayıl əleyhissəlamı insan cildində görmək, onun səsini eşitmək, qulların möhtac olduğu bilgini çox gözəl və açıq bir şəkildə Rəsulullahın (sallallahu təala əleyhi və səlləm) mübarək ağzından eşitmək nəsib olan bir gün kimi şərəfli və qiymətli bir vaxt tapılarmı məgər? “O vaxt ay çıxmış kimi bir şəxs yanımıza gəldi. Paltarları çox ağ, saçları da həddindən artıq qara idi. Üzərində toz-torpaq və tər kimi səfər əlamətləri görünmürdü. Rəsulullahın (sallallahu əleyhi və səlləm) Əshabı olan bizlərdən heç birimiz onu tanımırdıq. Yəni, görüb-tanıdığımız adamlardan biri deyildi. Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzurunda oturdu. Dizlərini mübarək dizlərinə yaxınlaşdırdı”. Bu gələn Cəbrayıl adlı mələk idi, insan cildinə girmişdi.

Cəbrayıl əleyhissəlamın belə oturuşu ədəbə zidd görünsə də, bu halı mühüm bir şeyi bildirməkdədir. Yəni, dini məlumatları öyrənmək üçün utanmağın doğru olmadığını və ustada qürur və təkəbbürün yaraşmayacağını göstərir. Hər kəsin dində öyrənmək istədiklərini müəllimlərdən sərbəst bir şəkildə və çəkinmədən soruşması lazım gəldiyini Cəbrayıl əleyhissəlam Əshabı-kirama bu halı ilə bildirir. Çünki, din öyrənməkdə utanmaq və Allahu təalanın haqqını ödəməkdə, öyrətməkdə və öyrənməkdə sıxılmaq doğru olmaz.

“O zati-şərif əllərini Rəsuli-əkrəmin (sallallahu əleyhi və səlləm) mübarək dizlərinin üstünə qoydu. Rəsulullahdan soruşaraq, “Ya Rəsulallah! Mənə islamiyyəti, müsəlmanlığı izah et”, dedi”. “İslam” - lüğətdə, boyun bükərək təslim olmaq deməkdir. Rəsulullah (sallallahu əleyhi və səlləm) islam sözünün, islamiyyətdə beş təməl dirəyin adı olduğunu belə izah etdi:

Rəsuli-əkrəm (sallallahu əleyhi və səlləm) buyurdu ki:

1 - İslamın şərtlərindən birincisi, “Kəlimeyi-şəhadət gətirməkdir”. Kəlimeyi-şəhadət gətirmək, “Əşhədü ən la ilahə illallah və əşhədü ənnə Muhammədən abduhu və rəsuluhu” deməkdir. Yəni, aqil və büluğ olan, danışa bilən hər kəsin, “Yerdə və göydə Ondan başqa ibadət edilməyə haqqı olan və sitayiş edilməyə layiq olan heç bir şey və heç bir kəs yoxdur. Həqiqi məbud ancaq Allahu təaladır”. O, vacibül-vücuddur, hər üstünlük Ondadır. Onda heç bir qüsur yoxdur. Onun adı “Allah”dır deməsi və buna qəlb ilə qəti olaraq inanmasıdır. Yenə, O, gül rəngli, ağ-qırmızı, parlaq, sevimli üzlü, qara qaşlı, qara gözlü, mübarək alnı açıq, gözəl xasiyyətli, kölgəsi yerə düşməyən və şirin sözlü, Ərəbistanda, Məkkədə doğulduğu üçün Ərəb adlanan, Haşimi övladından “Abdullahın oğlu Muhamməd adlı zatı ali, Allahu təalanın qulu və rəsuludur, yəni Peyğəmbəridir”. Vəhəbin qızı həzrəti Əminənin oğludur. [Miladın 571-ci ilinin, aprel ayının 20-si bazar ertəsi səhəri, dan yeri ağararkən] Məkkə şəhərində dünyaya təşrif etdi. Qırx yaşında ikən Peyğəmbər olduğu Ona bildirildi. Bu ilə “Bisət ili” deyilir. Bundan sonra on üç il Məkkədə insanları İslam dininə dəvət etdi. Allahu təalanın əmri ilə Mədinə şəhərinə hicrət etdi. Burada islamiyyəti hər tərəfə yaydı. Hicrətdən on il sonra, yəni miladın 632-ci ilinin iyun ayında, Rəbiul-əvvəlin on ikisi bazar ertəsi günü Mədinədə vəfat etdi. [Tarixçilərə görə, Məkkəyi-mükərrəmədən Mədinəyi-münəvvərə şəhərinə hicrəti zamanı miladi 622-ci ildə Səfər ayının 27-si cümə axşamı günü axşama yaxın Sevr dağındakı mağaraya girdi. Bazar ertəsi gecəsi mağaradan çıxıb, Frəngi sentyabr ayının 20-si, Rumi sentyabr ayının 7-si və Rəbiul-əvvəlin 8-i bazar ertəsi günü Mədinə şəhərinin Quba kəndinə daxil oldu. Bu məsud gün, müsəlmanların “Hicri şəmsi” ilinin başlanğıcı oldu. Şiələrin hicri şəmsi il başlanğıcı bundan altı ay əvvəldir. Yəni, atəşə sitayiş edən məcusi kafirlərin Novruz bayramı olan martın 20-ci günü başlayır. Gecə ilə gündüzün bərabər olduğu cümə axşamı günü də Qubada qalıb, Cümə günü oranı tərk etdi. O gün Mədinəyə təşrif etdi. O ilin Məhərrəm ayının birinci günü də, “Hicri qəməri” il başlanğıcı qəbul edildi. Bu qəməri ilin başlanğıcı, iyul ayının 16-sı cümə günü idi. Hər hansı bir miladi il başlanğıcının üst-üstə düşdüyü hicri şəmsi il, bu miladi ildən 622 il azdır. Hər hansı bir hicri şəmsi ilin başlanğıcının üst-üstə düşdüyü miladi il, bu şəmsi ildən 621 il çoxdur].

2 - İslamın beş şərtindən ikincisi, şərtlərinə və fərzlərinə uyğun olaraq hər gün beş dəfə “Vaxtı gəldikdə, namaz qılmaqdır”. Hər müsəlmanın hər gün vaxtı gəldikdə beş dəfə namaz qılması və hər birini vaxtında qıldığını bilməsi fərzdir. Cahillərin və məzhəbsizlərin hazırladıqları yanlış təqvimlərə riayət edərək vaxtından əvvəl qılmaq böyük günahdır və bu namaz səhih olmaz. Həm də zöhr namazının ilk sünnətinin və şam namazının fərzinin kərahət vaxtında qılınmasına səbəb olur. [Namaz vaxtının girdiyi müəzzinin azan oxuması ilə məlum olur. Kafirlərin, bidət əhlinin oxuduğu və səsucaldıcı kimi cihazların əmələ gətirdiyi “Azanı-Muhammədi” deyildir]. Namazları fərzlərinə, vaciblərinə, sünnətlərinə diqqət edərək və könlünü Allahu təalaya verərək vaxtları keçmədən qılmaq lazımdır. Qurani-kərimdə namaza “Salət” deyilir. Salət: lüğətdə insanın dua etməsi, mələklərin istiğfar etməsi, Allahu təalanın mərhəmət etməsi, rəhm etməsi deməkdir. İslamiyyətdə “Salət” - elmihal kitablarında bildirildiyi şəkildə müəyyən hərəkətləri etmək və müəyyən şeyləri oxumaq deməkdir. Namaz qılmağa “İftitah təkbiri” ilə başlanılır. Yəni, kişilərin əllərini qulaqlarına qədər qaldırıb göbək altına və qadınların əllərini çiyinlərinə qədər qaldırıb sinə üstünə qoyarkən “Allahu əkbər” demələri ilə başlanılır. Son oturuşda başı sağ və sol çiyinlərə çevirib, salam verərək bitirilir.

3 - İslamın beş şərtindən üçüncüsü, “Malın zəkatını verməkdir”. Zəkatın lüğət mənası təmizlik, tərifləmək və yaxşı, gözəl vəziyyətə gəlmək deməkdir. İslamiyyətdə zəkat - ehtiyacdan artıq və “Nisab” adlanan müəyyən bir hədd miqdarında “Zəkat malı” olan hər kəsin malının müəyyən miqdarını ayırıb, Qurani-kərimdə bildirilən müsəlmanlara minnət qoymadan verməsi deməkdir. Zəkat yeddi qrup insana verilir. Dörd məzhəbdə də dörd növ zəkat malı vardır: Qızıl və gümüşün zəkatı, ticarət malının zəkatı, ilin yarıdan çoxunu otlaqlarda otlayan dördayaqlı ətlik heyvanların zəkatı və torpaqdan əldə edilən məhsulların zəkatıdır. Bu dördüncü zəkata “Uşr” deyilir. Yerdən məhsul alınan kimi uşr verilməlidir. Digər üç zəkat nisab miqdarı tamam olduqdan bir il sonra verilir.

4 - İslamın beş şərtindən dördüncüsü, “Ramazani-şərif ayında hər gün oruc tutmaqdır”. Oruc tutmağa “Səvm” deyilir. Səvm, lüğətdə bir şeyi başqa şeydən qorumaq deməkdir. İslamiyyətdə, şərtlərinə riayət edərək Ramazan ayında Allahu təala əmr etdiyi üçün hər gün üç şeydən özünü qorumaq deməkdir. Bu üç şey: yemək, içmək və cimadır. Ramazan ayı göydə hilalı [yeni ayı] görməklə başlayır, təqvimlə əvvəlcədən hesablamaqla başlamaz.

5 - İslamın beş şərtindən beşincisi, “Gücü çatanın ömründə bir dəfə həccə getməsidir”. Yolun etibarlı və bədənin sağlam olması şərtilə, Məkkəyi-mükərrəmə şəhərinə gedib gələnə qədər tərk etdiyi ailəsini dolandırmağa kifayət edəcək qədər maldan artıq qalan pulla oraya gedib gələ biləcək hər kəsin ömründə bir dəfə Kəbəyi-müəzzəməni təvaf etməsi və Ərafat meydanında durması fərzdir.

O şəxs Rəsulullahdan bu cavabları eşitdikdə, “Düz dedin ya Rəsulallah” dedi. Ömər (radıyallahu anh) xəbər verir ki, Əshabı-kiramdan orada olanlar o şəxsin bu halına heyrət etdilər. Çünki həm soruşur, həm də verilən cavabın doğru olduğunu təsdiq edirdi. Bir şeyi soruşmaq bilmədiyini öyrənməyi istəmək deməkdir. Doğru dedin demək isə bunları bildiyini göstərir.

Yuxarıda bildirilən islamın beş şərtindən ən üstünü “Kəlimeyi-şəhadət” söyləmək və mənasına inanmaqdır. Bundan sonra üstünü namaz qılmaqdır. Daha sonra oruc tutmaq, daha sonra həccə getməkdir. Ən axırda isə zəkat verməkdir. Kəlimeyi-şəhadətin ən üstün olduğu yekdilliklə məlumdur. Alimlərin çoxunun sözünə görə, qalan dördünün üstünlük sırası yuxarıda bildirdiyimiz kimidir. Müsəlmanlığın başlanğıcında ilk fərz Kəlimeyi-şəhadət oldu. Beş vaxt namaz, bisətin on ikinci ilində, hicrətdən bir il və bir neçə ay əvvəl Merac gecəsində fərz oldu. Ramazanı-şərif orucu hicrətin ikinci ilində, Şaban ayında fərz oldu. Zəkat vermək, orucun fərz olduğu il, Ramazan ayı içərisində fərz oldu. Həcc isə hicrətin doqquzuncu ilində fərz oldu.

Bir şəxs islamın bu beş şərtindən birini inkar etsə, yəni inanmasa, qəbul etməsə, yaxud ələ salıb hörmət göstərməsə, nəuzubillah, kafir olar. Bunlar kimi halal və haram olduğu açıq olaraq və yekdilliklə bildirilmiş olan başqa şeylərdən birini də qəbul etməyən, yəni halala haram deyən və ya harama halal deyən də kafir olar. Dində zəruri məlum olan, yəni islam ölkəsində yaşayan cahillərin belə eşitdiyi və bildiyi dini bilgilərdən birini inkar edən, bəyənməyən kafir olar.

[Məsələn, donuz əti yemək, alkoqollu içki içmək, qumar oynamaq və qadınların, qızların başları, saçları, qolları və ayaqları açıq, kişilərin də dizləri ilə göbək arası açıq olaraq başqasının yanına çıxmaları haramdır. Yəni, Allahu təala bunları qadağan etmişdir. Allahu təalanın əmrlərini və qadağalarını bildirən dörd haqq məzhəb, kişilərin övrət yerlərini, yəni baxması və başqasına göstərməsi qadağan edilmiş olan üzvlərini fərqli olaraq bildirmişlər. Hər müsəlmanın tabe olduğu məzhəbin bildirdiyi övrət yerini örtməsi fərzdir. Bu yerləri açıq olanlara başqalarının baxmaları haramdır. “Kimyayi-səadət”də deyilir ki, “Qadınların, qızların başı, saçı, qolları, ayaqları açıq küçəyə çıxmaları haram olduğu kimi, nazik, bəzəkli, dar, xoş ətirli paltarla çıxmaları da haramdır. Belə bir şəkildə çıxmalarına icazə verən, razı olan, bəyənən anası, atası, həyat yoldaşı və qardaşı da onun günahına və əzabına ortaq olurlar”. Yəni, Cəhənnəmdə birlikdə yanacaqlar. Əgər, tövbə etsələr, bağışlanar və yanmazlar. Allahu təala tövbə edənləri sevər. Aqil və büluğ olan qızların və qadınların yad kişilərə görünməmələri hicrətin üçüncü ilində əmr olundu. İngilis cəsuslarının və bunların tələlərinə düşmüş cahillərin hicab ayəsi gəlmədən əvvəl olan örtünməməyi ortaya ataraq örtünməyi sonradan fəqihlər özlərindən çıxartdılar demələrinə aldanmayaq.

Müsəlman olduğunu deyən hər kəsin, edəcəyi hər işin islamiyyətə uyğun olub-olmadığını bilməsi lazımdır. Bilmirsə, bir Əhli-sünnət alimindən soruşaraq və ya bu alimlərin kitablarından oxuyaraq öyrənməlidir. İş islamiyyətə uyğun deyilsə, günah və ya küfrdən xilas ola bilməz. Hər gün həqiqi tövbə etmək lazımdır. Tövbə edilən günah və küfr mütləq bağışlanar. Tövbə edilməzsə, dünyada və Cəhənnəmdə əzabını, yəni cəzasını çəkər. Bu cəzalar kitablarımızın müxtəlif yerlərində yazılmışdır. Böyük günah işləyən hər bir müsəlman günahı qədər yandıqdan sonra Cəhənnəmdən çıxarılacaqdır. Allahu təalaya inanmayan və islamiyyətin yox olması üçün çalışan kafir, zındıq Cəhənnəmdə əbədi yanacaqdır.

Kişilərin və qadınların namazda və hər yerdə örtməsi lazım olan yerlərinə “Övrət yeri” deyilir. Övrət yerini açmaq və başqasının övrət yerinə baxmaq haramdır. İslamiyyətdə övrət yeri yoxdur deyən kafir olar. İcma ilə, yəni dörd məzhəbdə də övrət olan bir yerini açmağa və başqalarının belə övrət yerinə baxmağa halal deyən, əhəmiyyət verməyən, yəni əzabından qorxmayan kafir olar. Qadınların övrət yerini açmaları və kişilərin yanında mahnı və mövlud oxumaları da buna aiddir. Kişilərin diz ilə qasıqları arası Hənbəli məzhəbində övrət deyildir.

“Mən müsəlmanam” deyən hər kəs, imanın və islamın şərtlərini, dörd məzhəbin icması, yəni yekdilliklə bildirdiyi fərzləri, haramları öyrənməli və əhəmiyyət verməlidir. Bilməmək üzrlü səbəb deyildir. Yəni, bu bilib inanmamaq kimidir. Qadınların üzlərindən və əllərindən başqa hər yerləri dörd məzhəbdə də övrətdir. İcma ilə olmayan, yəni digər üç məzhəbdən birinə görə övrət sayılmayan bir yerini əhəmiyyət verməyərək açan kafir olmasa da, öz məzhəbinə görə böyük günaha girər. Kişilərin diz ilə qasıq arasını, yəni budunu açmaları belədir. Bilmədiyini öyrənmək fərzdir. Öyrəndikdə dərhal tövbə etmək və örtmək lazımdır.

Yalan danışmaq, dedi-qodu, qeybət, iftira, oğurluq, hiylə, xəyanət, qəlb qırmaq, fitnə çıxarmaq, başqasının malını ondan icazəsiz istifadə etmək, işçinin, hambalın haqlarını verməmək, dövlətə üsyan etmək, yəni qanunlarına, hökumətin əmrlərinə qarşı çıxmaq, vergiləri ödəməmək də günahdır. Bunları kafirlərə qarşı da, kafir ölkəsində də etmək haramdır. Cahillərin bilməyəcəyi qədər məşhur və zəruri olmayan şeyləri cahillərin bilməməsi küfr olmaz. Fasiqlik, yəni günah olar].

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)EnglishPortuguêsРусскийአማርኛFilipinoУкраїнськаČeštinaБългарскиދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta